Nuh Nəbinin tufanından
Sovuşanda Torpaq ana,
Ayın,günün sevgisinə,
Qovuşanda Torpaq ana,
İnsanlıqın baharına
Yovuşanda Torpaq ana
Neçə milyard işığ ili
Günəş südü əmdi özü
Yer boyda yatağından,-
Bambalaca otağından
Ulduzlara səpələndi
Odu,közü.
Ulduzların ışığında
Alovlanıb alışdıqca,
Parladıqca,
Dəli dolu şimşəklərin
Nərəsində gurladıqca,
Səyyarələr tufanında
Yaxşı yaman gördü gözü.
Gah zülmətə düşdü,
Gah da
Ziyanlıqa düşdü yolu
Min bir bəla caynağından
Düyün açıb,
Bənd dağıdıb
Rəvanlıqa düşdü yolu.
Neçə gecə,
Neçə gündüz,-
Gecə-gündüz
Hamiləlik dövründəcə
Yaşadı o.
Xeyri,
Şəri,
Məhəbbəti,
Bəşər boyda bir külfəti
Bu günədək daşıdı o!
Nuh Nəbidən bu yanadək
Kainatın Torpaq adlı
Əvəzsiz daş-qaşıdı o!
Şimşəklərin ocaqından
Süzülən göz yaşıdı o!
Fəzaların fondundaca
Qızıl üzük qaşıdı o!
Xeyri,
Şəri,
Məhəbbəti,
Bəşər boyda bir külfəti
Bu günədək daşıdı o!
Ayın,
Günün ışığını
Damarında qana çəkdi
Torpaq ana.
Nuh Nəbidən bu yanadək
Qəfil əsən tufanlardan
İnsan adlı balasını
Yana çəkdi Torpaq ana.
O zaman ki,
Öz bətninə
Düşən oğul-uşaq gördü,
Bala gördü Torpaq ana
Nuh Nəbidən bu yanadək
Min bir cəbrə,zülmə dözüb
Cəfa gördü,
Bəla gördü
Torpaq ana.
Zaman-zaman
Hay-harayda
Dünya boyda
Bir sarayda
Bəşər boyda
Bəşər sayda
Sevinc gördü,
Kədər gördü
Torpaq ana.
Yaşı qədər
Axşam gördü,
Səhər gördü
Torpaq ana.
Dönə-dönə ağlasa da.
Zarısa da,
Öz eşqini,
Sevgisini
Oddan-közdən qorusa da,
Rəngi,ruhu saralsa da,
Üfüqləri qaralsa da,
Gözlərinin alovundan
Xına vurdu dağa-daşa.
Həyan durdu ev-eşiyə,
Arxa durdu yar-yoldaşa.
Dara düşdü,
Öz səbrini,
Tutumunu
Yenə də o
Al Günəşə yön saxladı.
Zabur,
Tovrat,
İncil alıb,
Döşlərinə Quran sıxıb
Neçə-neçə din saxladı.
Arzusunu,
Diləyini
İnamına pərçimləyib
Ümidini çin saxladı.
İçin-için ağlasa da
Baxışını şən saxladı.
Əllərində qılınc tutub
Dimdiyində dən saxladı.
Namusunu,
Qeyrətini,
Gözəlliyə heyrətini
Öz məsləki,andı ilə
Tən saxladı.
Səma boyda sinəsinə
Günəş boyda saz götürdü.
Barmaq gəzdi simlər üstə,
Pərdələrdə ün saxladı.
Könül verdi gözəlliyə,
Nə bir dəfə nəfəs qısdı,
Nə bir dəfə kin saxladı.
Dodaqında
"Ol" sözünü
"Öl!" sözündən ön saxladı!
Nuh Nəbidən bu yanadək
Lap indiki zamanadək
Vəfalıdı Torpaq ana.
Zülmətlərin qucağından
Qəfil qoğan bahar kimi
Səfalıdı Torpaq ana.
Nuh Nəbinin tufanından
Alnıaçıq çıxan Torpaq,
Allahların,
Fironların,
Nəbilərin,
Kralların
Taxt-tacını yıxan Torpaq
Ruhumuzda,
Canımızda,
Qəlbimizdə,
Qanımızda,
Eşqimizin,
Sevgimizin
Günəşinə dönməlidi!
Nuh Nəbidən bu yanadək
Mənzil gələn Torpaq ana,
Zaman-zaman
Gah ağlayan,
Gah da gülən Torpaq ana.
Ürəyimdə
Şüpələrin kölgəsini
Yeməlidi!
Qarasını silməlidi!
İnsan adlı balasını
Yaşatmaqçün
Min yol ölən Torpaq ana
Əllərimiz tərpənməmiş
Fikrimizi bilməlidi
TORPAQ ANA!!!


16 oktyabr 2021

Son xəbərlər

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930