Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açdığını vurğulayan İcraçı direktor qeyd edib ki, rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə və bilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək.

Forumda çıxış edən Özbəkistan Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov iki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. O bildirib ki, ortaq tarixi və mədəni dəyərlərə söykənən bu əlaqələr informasiya mübadiləsinin intensivləşdirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə strategiyalarının formalaşdırılması və regional informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Audiovizual Şurasının sədri İsmət Səttarov qeyd edib ki, rəqəmsal medianın inkişafı audiovizual məzmunun istehsalı və müvafiq sahənin tənzimlənməsi istiqamətində yeni yanaşmaların tətbiqini tələb edir. Onun sözlərinə görə, bu proses qlobal media məkanında keyfiyyət standartlarının yüksəldilməsini, peşəkar prinsiplərə əsaslanan fəaliyyətin gücləndirilməsini və beynəlxalq əməkdaşlığın daha sıx qurulmasını zəruri edir.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov diqqətə çatdırıb ki, informasiya və media sahəsində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. O vurğulayıb ki, Azərbaycan və Özbəkistan mediası arasında qurulan birgə platformalar qarşılıqlı informasiya mübadiləsini gücləndirir və xalqlarımızın ortaq dəyərlərinin təbliğinə xidmət edir.

Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Dr. Nozima Muratova isə forumun həm elmi müstəvidə, həm də praktik sahədə əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu platforma ali təhsil müəssisələrinin əməkdaşlığını genişləndirməklə yanaşı, gələcək jurnalistlərin rəqəmsal bacarıqlarının artırılmasına, media təhsilində müasir innovativ yanaşmaların tətbiqinə və təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm imkanlar yaradır.

Qeyd edək ki, Forum “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” və “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzularında panel sessiyalarla davam edəcək.







Son xəbərlər

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031