İbrahim Çelikkol yenidən evləndi
Türkiyənin tanınmış aktyoru İbrahim Çelikkol ikinci dəfə evlənib.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, aktyor yazar sevgilisi Natali Yarcanla sentyabrın 20-də ailə qurub.
Qeyd edək ki, Çelikkol daha əvvəl Mihre Mutlu ilə ailəli olub. Cütlüyün bu nikahdan Ali adlı bir oğlu var.