TƏBRİKLƏR SƏNİNDİR
(Tələbə statusu qazanmış əziz nəvəmə)

Dünən məktəbliydin,bu gün tələbə,
Qovuşdun arzuna,çatdın mətləbə.
Böyük zəhmətinlə çaldın qələbə,
Sevib, oxşadığım,balaca quzum,
Təbriklər sənindir,tələbə qızım!

Ayan, sevindirdin inan hamını,
Aldıq bu həyatın yeni kamını.
Dəyişdin hər kəsin ağız tamını,
Payızda doğulan əbədi yazım,
Təbriklər sənindir,tələbə qızım!

Zərifsən, incəsən,gözəldir üzün,
Müstəqil fikirli,qətidir sözün.
İnsanlıq simvolu özünsən,özün,
Yerişi, duruşu işvəli,nazım,
Təbriklər sənindir, tələbə qızım!

Nə varım olmayıb,nə də ki,dəvəm,
Balamın övladı,ay əziz nəvəm.
İstədim bu dəfə şerimlə sevəm,
Bitməyən söhbətim,dil açan sazım,
Təbriklər sənindir, tələbə qızım!

Çağıraq məclisə qoy ozanları,
Pisi də yaxşıya hey yozanları.
Tələbə adını qazananları,
Təbrik elədikcə bitməsin sözüm,
Təbriklər sənindir,tələbə qızım!


BELA ZƏNGİBASARLI
15.09.2025.




BU GÜN YENİ DƏRS GÜNÜDÜR.
ƏZİZ NƏVƏM AYANIM BAŞDA OLMAQLA, TƏLƏBƏ ADI QAZANAN BÜTÜN TƏLƏBƏLƏRİ SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİR, HƏR BİRİNƏ BOL UĞURLAR, TƏHSİLLƏRİNİ SAĞ-SALAMAT BAŞA VURMAĞI, YOL VƏ ZEHİN AÇIQLIĞI DİLƏYİRƏM!
BİR DAHA TƏBRİKLƏRRR......

Son xəbərlər

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

“Şorca harayı” — yaddaşın Göyçəyə uzanan səsi

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930