Xəbər verdiyimiz kimi, Türkiyə Radio və Televiziya Şurası “Kızılcık şerbeti”ndə ailənin gəlini (Doğa) ilə kürəkən (Firaz) arasında yaranan eşq macərası səbəbi ilə serial barəsində araşdırma başladıb.

“Qafqazinfo”nun məlumatına görə, ekran işinin prodüser şirkəti olan “Gold Prodüksiyon Yapımcılık A.Ş.” məsələyə münasibət bildirib.

“Təəssüf ki, Türkiyə Radio və Televiziya Şurası ictimaiyyətin reaksiyaları və şikayətləri əsasında yayımladığımız “Kızılcık Şerbeti” serialı barəsində araşdırma başladıb. Əvvəla, açıq və birmənalı şəkildə bildirmək istərdik ki, son üç mövsümdə olduğu kimi, ekran işində bu dəfə də ailə və türk cəmiyyətinin qədim dəyərlərinə qarşı heç bir nifrət, alçaltmaq kimi hallar olmayıb.

Teleseriallarda çox vaxt qeyri-adi əhvalatlar əks olunur. Buna görə də təsvir olunan hekayələr həddindən artıq şişirdilə bilər. Ancaq “Gold Production” olaraq ailə dəyərlərinə və türk cəmiyyətinin qədim adət-ənənələrinə dərin hörmətimizi vurğulamaq istərdik. Ailə və Türkiyə cəmiyyətinin dəyərlərinə ciddi və həssaslıqla yanaşacağımızı, mənfi tənqidləri aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyimizi bildiririk”.

Qeyd edək ki, serialın növbəti - 105-ci bölümünün fraqmanı rəsmi səhifələrində yayımlansa da, araşdırmadan sonra silinib.

Xatırladaq ki, “Kızılcık şerbeti”ndə Doğa obrazını aktrisa Sıla Türkoğlu, Firazı isə Batuhan Bozkurt Yüzgüleç canlandırır.

Son xəbərlər

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031