Azərbaycanda 15 sentyabr tarixi Bilik günü kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün “Bilik günü” kimi qeyd olunur. Prezidentin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” adlı fərmanı təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bu müəssisələrdəki mövcud iş rejiminin təkmilləşdirilməsi məqsədilə verilib. Həmçinin, 2004-cü dərs ilindən Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin I-IV siniflərində beşgünlük tədris həftəsi tətbiq olunur.
Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə geniş imkan yaradıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar müntəzəm xarakter daşıyır. Bu gün Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahələrdən biri hesab edilir.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 saylı məktəbin də kollektivi yeni 2025/2026-cı tədris ilinə yaxşı hazırlaşıb. Kollektivin yeni dərs ilini yüksək səviyyədə qarşılamasına haqq qazandıran səbəblər də az deyildir. Çünki məktəbi bu yay bitirən xeyli məzun qəbul imtahanlarında müvəffəq nəticələr göstərərək nüfuzlu dövlət və özəl universitetlərinə qəbul olunaraq tələbə statusunu qazanıblar.
307 nömrəli tam orta məktəb 2006-cı ildə istifadəyə verilmişdir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq məktəb 2021-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilib. Təmirdən sonra məktəbdə müasir avadanlıqlarla təmin olunmuş kimya, fizika, biologiya laboratoriyaları, hərbi, 2 komputer otaqı, akt zalı, lazımı avadanlıqlarla təchiz olunmuş idman zalı, kitabxana, oxu zalı şagirdlərin ixtiyarına verilmişdir. Fənn kabinetləri lazımi təchizatla təmin edilib. Bütün bunlar müəllim və şagirdlərə İKT-nın nailiyyətlərindən istifadə etməyə şərait yaradır. 360 şagird yerlik əlavə korpus tikilərək istifadəyə verilib. Əsas binada 1608 yerlik şagird sayı vardır. Məktəb II növbəlidir. 2024/2025-ci tədris ilində məktəbdə 3132 şagird təhsil alıb. 142 müəllim heyəti çalışır.
Məktəbə təcrübəli pedaqoq Nizami Qasımzadə rəhbərlik edir. Qasımzadə Nizami Qasım oğlu 01.11.1966-cı ildə Astara rayonunda anadan olmuşdur. Kimya biologiya təmayüllü liseyin məzunu 1984-1991-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsini bitrib. Kosmik tədqiqatlar elmi istehsalat birliyində işləyib. 2004-cü ildən Kimya biologiya təmayüllü Respublika liseyində müəllim kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə direktorluq imtahanında "Uğur sertfikatı" qazanaraq Bakı şəhəri Nizami rayonu E.Cəlilov adına 272 nömrəli məktəbə direktor təyin olunmuş, 5 il uğurlu fəaliyyətindən sonra 14.09.2022-ci ildə Bakı şəhəri Sabunçu rayonu 307 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur.
Əziz müəllimlər, şagirdlər və valideynlər, sizi 15 sentyabr - Bilik günü münasibətilə məktəbimizin kollektivi adından ürəkdən təbrik edir, sizlərə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.
Yeni tədris iliniz uğurlu olsun!

Cəmil Dadaşov

Son xəbərlər

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

“Şorca harayı” — yaddaşın Göyçəyə uzanan səsi

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930