Avropa Komissiyası reklam biznesində rəqabət qaydalarının pozulmasına görə “Google”u 2,95 milyard avro məbləğində cərimələyib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu cərimə Avropa İttifaqı (Aİ) tərəfindən onlayn reklam texnologiyası sahəsində sui-istifadə praktikaları ilə əsaslandırılıb. Komissiyanın araşdırmasına görə, “Google” bazarda dominant mövqeyindən sui-istifadə edərək 2014-cü ildən etibarən öz məhsullarına üstünlük qazandırıb. Aİ-nin qənaətinə əsasən, “Google”un biznes modeli maraq toqquşması yaradır. Belə ki, texnologiya şirkəti bir tərəfdən reklamları özü yerləşdirir, digər tərəfdən isə reklam verənlərlə onlayn reklam yeri təqdim edənlər arasında vasitəçilik edir. Şirkət reklam yerlərinin vasitəçiliyi üçün özünə məxsus bazar meydanı saxlayır.

Avropa Komissiyası “Google”dan özünə üstünlük verməyi dayandırmağı tələb edir. Texnologiya nəhənginə biznes modelini tələblərə uyğunlaşdıraraq Komissiyaya plan təqdim etmək üçün 60 gün vaxt verilib.

“Google” qərarla razılaşmayaraq, apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Avropa Komissiyası 2018-ci ildən sonra “Google” və onun əsas şirkəti “Alphabet”ə qarşı ümumilikdə 8 milyard avro həcmində bir neçə rəqabət cəriməsi tətbiq edib.

Son xəbərlər

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək

“Bakı Marafonu 2026” başlayıb - FOTOLAR

"Halef"in aktyoru "Kıskanmakda" - FOTO

25 min iştirakçı 42 km-lik marafonda qələbə uğrunda mübarizəyə qoşuldu - Fotolar

Şərəf ordenli Səadət Butanın "Dağlar ağlar" şeirinə... - FOTO

Somali quldurları BƏƏ bayraqlı tankeri ələ keçirib

Qəzada ölən 17 yaşlı Yusifin - Fotoları

Şəhla Xəlilqızı : Aparar aşiqi məzara sevgi - FOTO

MƏMMƏD QƏDİR : Allahın yadında varamsa bəsdir - FOTO

Filippində Mayon vulkanı püskürməyə başlayıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Ata yurdumda düşüncələrim… - FOTO

“Keçmişə mesaj göndərmək mümkündür”

Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir

"Top ABŞ-nin meydanındadır" - İran rəsmisi

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031