“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayanda Ağdam klubunun hazırkı heyəti ilə əsas mərhələyə qədər irəliləyəciyini yəqin ki, çox adam ağlından belə keçirmirdi. Amma ağlımıza gəlməyən bu dəfə yaxşı mənada başımıza gəldi.

Komanda son 8 ildə ikinci dəfə bizi ölkə olaraq Çempionlar Liqası səviyyəsində qürurlanırdı. Hansı ki, ölkəmizdə saysız-hesabsız azarkeşi, milyonlarla büdcəsi olan, Joze Mourinyoya az qala Ağdam klubunun futbolçularının ümumi dəyəri qədər maaş verən, sonra da uğursuz çıxışına görə yola salan “Fənərbaxça” belə, 18 ildir bu sevincin üzünə həsrətdir.

Təbii ki, inkişaf olduqca azarkeşlərin də istəyi çoxalır. Və hər zaman “Qarabağ”ı daha irəlidə, daha inkişaf etmiş və daha çox uğur qazanmış komanda kimi görürlər.

Amma bəzən alınmayanda da alınmır. Məsələn, “Qarabağ”ın hücumçu transfer edə bilməməsi kimi. Səbəblər çoxdur. Ağdamlıların hücumçuya ehtiyacı olduğunu eşidən klublar “Qarabağ”dan 4-5 milyon avro təzminat istəyirlər. Bu da 32 milyon manat büdcəsi olan Ağdam təmsilçisi üçün ciddi rəqəmdir. Və böyük ümidlərin olmadığı Çempionlar Liqası üçün bu məbləğdə transferin edilməsi klub idarəçiləri üçün ciddi risk sayılır. Çünki transferin nə qədər faydalı olub-olmayacağı da sual altındadır.

Bu reallığa baxmayaraq, komanda ciddi tənqid hədəfinə tuş gəlib. Daş atıb başımızı tuturuq ki, Çempionlar Liqasında Musa Qurbanlı və Nəriman Axundazadə ilə çıxış edəcəyik.

Əslində, bu fikirdə olmağımızın futbolçulara, komandaya və Qurban Qurbanovun özünə nə qədər psixoloji təzyiq göstərdiyinin fərqində belə deyilik. Amma nəzərə almırıq ki, ÇL-in bu səviyyəsinə məhz Musa və Nərimanın iştirakı ilə gəlmişik, hətta bu oyunlarda hər iksi qol vurub.

Təbii ki, yeni hücumçu transferi olsaydı, daha yaxşı olardı. Amma olmadı və bu, faciə sayılmamalıdır.

Reallığa baxmalıyıq. Biz onsuz da Çempionlar Liqasının qalibi olacaq deyilik. Az qala 3,8 milyard avro ilə Azərbaycan ordusunun büdcəsinə yaxın büdcəsi olan PSJ buna uzun mübarizədən, xərclədiyi milyonlardan sonra keçən mövsüm nail oldu.

“Qarabağ”ın ÇL-də səfərdə oynayacağı “Liverpul” təkcə bu yay transferlərə 1 milyard manata yaxın pul xərcləyib.
Ətraflı
Ad - 00:26

Düşünürük ki, 3-5 milyona bir əcnəbi hücumçu almaqla “Liverpul” səddini keçəcəyik?

24 il əvvəl bu “Qarabağ”ın dəyəri 32 min manat idi, indi büdcəsi 32 milyon olub. Nəyin hesabına?

Zamanında “Xəzər Lənkəran”a milyonlar xərclənildi, qazandığı təkcə Rusiyada keçirilən Birlik Kuboku oldu. “Bakı”ya milyonlar axıdıldı, bir dənə Birlik Kubokunun 1/4 finalına qədər irəliləyə bildilər. Və sonda hər ikisi nə yazıq ki, dağıldı...

Deməli, “Qarabağ” indiyədək bu səviyyəyə düzgün idarəçilik sayəsində gəlib. Yüz ölçüb, bir biçməklə, nöqtə transferlər etməklə, zamanında doğru qərarlar verməklə və s.

Misal üçün, Azərbaycan futbolu tarixində “Qarabağ” kimi heç kim xaricə 5 milyon avroya futbolçu satmayıb. Kadi “Krasnodar”a, Juninyo da “Flamenqo”ya keçməklə ağdamlılara ümumilikdə 10 milyon avro qazandırmışdı. Halbuki bu iki futbolçunun “Qarabağ”a transfer məbləği cəmi heç 1 milyon avro deyildi.

Deməli, Qurbanov göz önündə olmayan futbolçuda potensialı görür, onun inkişafına inanır və belə zamanla uğurlu çıxışına nail olur - Yankoviç, Medina kimi...

Bəlkə də eyforiyaya qapıldıq, fərqində də olmadıq ki, “Qarabağ” “Ferentsvaroş”la cavab matçından əvvəl rəsmi sosial şəbəkə hesablarında videoçarx paylamışdı ki, oyuna biletləri klubdan yox, kassalardan alın. 3-5 manat verib kassadan bilet almırıq, amma əvəzində tələb edirik ki, 3-5 milyon avroya futbolçu alın...

Aldıq, bəs sonra?..

Bəlkə, “Qarabağ”ı rahat buraxaq?..

Emin Səfərov

Son xəbərlər

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

“Şorca harayı” — yaddaşın Göyçəyə uzanan səsi

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930