
Xəbərlər
2.09.2025, 22:30
Brilyant Qurbanova : Sən məni sev, mən də uca Xaliqi - FOTO
Haqdan gəldim, Haqq dilimin əzbəri,
Sən məni sev, mən də uca Xaliqi.
Qurşamışam belə sirli kəməri,
Sən məni sev, mən də uca Xaliqi.
Dağ dirəşib kəmənd atıb düzlərə,
Ruhum coşub qılınc çəkib sözlərə,
Nəğmə deyir sevgisinə dağ, dərə,
Sən məni sev, mən də uca Xaliqi.
Bir dövrandı ömrü gödək sürürük,
Ömrümüzü il-il yelə veririk,
Bəzən yaxşı, bəzən yaman deyirik...
Sən məni sev, mən də uca Xaliqi.
Yaxşı günə çatmaq üçün vuruş sən,
El vayına, el toyuna qarış sən,
Təmiz məqsəd, saf amalla yarış sən,
Sən məni sev, mən də uca Xaliqi.
Yerlə göyün arasında düz yaşa,
Heç vaxt girmə böyüklərlə savaşa,
Atəş deyir dərin düşün, düş başa...
Sən məni sev, mən də uca Xaliqi.
Sən məni sev, mən də uca Xaliqi.
Qurşamışam belə sirli kəməri,
Sən məni sev, mən də uca Xaliqi.
Dağ dirəşib kəmənd atıb düzlərə,
Ruhum coşub qılınc çəkib sözlərə,
Nəğmə deyir sevgisinə dağ, dərə,
Sən məni sev, mən də uca Xaliqi.
Bir dövrandı ömrü gödək sürürük,
Ömrümüzü il-il yelə veririk,
Bəzən yaxşı, bəzən yaman deyirik...
Sən məni sev, mən də uca Xaliqi.
Yaxşı günə çatmaq üçün vuruş sən,
El vayına, el toyuna qarış sən,
Təmiz məqsəd, saf amalla yarış sən,
Sən məni sev, mən də uca Xaliqi.
Yerlə göyün arasında düz yaşa,
Heç vaxt girmə böyüklərlə savaşa,
Atəş deyir dərin düşün, düş başa...
Sən məni sev, mən də uca Xaliqi.
02.09.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







