Xəbərlər
31.08.2025, 01:35
Tramp Rusiya, ABŞ və Ukraynanın üçtərəfli görüşü ilə bağlı açıqlama verib
Prezident Donald Tramp “The Daily Caller” qəzetinə müsahibəsində Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli sammitin keçiriləcəyinə əminliyini bildirib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, eyni zamanda, Ağ Ev rəhbəri rus və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski arasında görüşün olub-olmayacağını bilmir.
Avqustun 26-da Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa ABŞ Dövlət katibi Marko Rubio və avropalı tərəfdaşları ilə telefon danışığından sonra deyib ki, Kiyev Putin və Zelenski arasında istənilən yerdə və müxtəlif formatlarda danışıqlara hazırdır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay