Xəbərlər
27.08.2025, 01:34
Rusiyada baş verən zəlzələ Azərbaycanda da hiss olunub
Avqustun 27-si saat 00:33-də Xəzər dənizinin Dağıstan Respublikası ərazisində baş verən zəlzələ Azərbaycanda da hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələ Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərdə 4-3 bal gücündə hiss olunub.
Güclü zəlzələdən həyəcanlanan hündürmərtəbəli binaların bəzi sakinləri evlərini tərk edərək küçəyə çıxıblar.
Məlumata görə Rusiya Federasiyasının Dağıstan Respublikasının İzberbaş şəhəri yaxınlığında 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı yerin 66 kilometr dərinliyində yerləşib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay