Xəbərlər
22.08.2025, 03:36
Kolumbiyada aviabazaya hücum nəticəsində 5 nəfər ölüb
Kolumbiyanın Kali şəhərində aviabazanın yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
Turaztv.az APA -ya istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.
"Kali növbəti dəfə narkotik-terror hücumunun qurbanı oldu. Bir neçə dəqiqə əvvəl aviabazanın yaxınlığında yük avtomobili partladı", - şəhərin meri Alexandro Eder deyib.
Eder bundan başqa hücuma görə məsuliyyət daşıyanların tapılmasına kömək edəcək məlumatlara görə mükafat elan edib.
Şəhərdə həmçinin yük avtomobillərinin saat 04:00-a qədər hərəkətinə məhdudiyyət qoyulub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay