Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kənd sakini Vəkil Mamedovun evinə baş çəkiblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci xanım Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüb söhbət ediblər.

Prezident İlham Əliyev: Salam, xoş gəlmisiniz.

Sakinlər: Cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Mən bilirəm ki, Kolatağ və Vəngli kəndlərinə keçmiş köçkünlər artıq 5-6 gün bundan əvvəl gəliblər. Xoş gəlmisiniz.

Sakinlər: Çox sağ olun. Siz də xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Burada sizin üçün çox gözəl şərait yaradılıb. Mənzillər hamısı təmirli, şərait, həyətyanı sahələr, su, bütün infrastruktur, hər şey var. Ən önəmlisi də gözəl təbiət və Vətən torpağı. Bu münasibətlə sizi təbrik edirəm.

Sakinlər: Bəli, cənab Prezident, var olun.

Prezident İlham Əliyev: Bu gün Mehriban xanımla Kolatağ kəndində də olduq, indi burada - Vəngli kəndindəyik. Biz burada əvvəllər də olmuşuq. Keçən dəfə gələndə bu kənd bərbad vəziyyətdə idi. İndi buranı belə gözəl bərpa etdik, təmir etdik. Burada rahat yaşamaq üçün bütün şərait var.

Sakinlər: Allah Sizi qorusun, Azərbaycanın uzunömürlü Prezidenti, Sizi öpürük. Sizə cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun! Başına dönüm. Gələn ayaqlarınıza qurban. Sizə gələn azar bizə gəlsin. Bu günə görə Allahımızdan çox razıyıq. Şükür bu günü bizə yaşatdınız, arzumuza çatdıq. Allah daim köməyiniz olsun!

Kişi sakin: Ulu Öndərimizin dediyi kimi, ata-baba torpaqlarımıza qayıtdıq.

Prezident İlham Əliyev: Allaha şükür, təbriklər.

Qadın sakin: Allah Sizi qorusun, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun. Burada, doğma torpaqda rahat, salamat yaşayın.

Sakinlər: Allah Sizə uzun ömür versin, bu xalqın, bu camaatın üstündən əskik eləməsin. Şükür bu günümüzə, dünya durduqca durasınız.

Prezident İlham Əliyev: Siz də sağ olun. Xoş gəlmisiniz.

Kişi sakin: Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Burada elə gözəl hava var ki, heç Bakıda belə hava yoxdur.

Sakinlər: Allah Sizi Azərbaycanın üstündən əskik eləməsin. Allah Sizə uzun ömür, cansağlığı versin. Dünya durduqca balalarınla birlikdə var olasınız.

Prezident İlham Əliyev: Köçkünlük dövrü bitdi, getdi.

Sakinlər: Çox sağ olun, Allah Sizə uzun ömür versin. Allah köməyiniz olsun, Siz bizim alnımızdan ləkəni götürdünüz, şükür bu günümüzə.

Prezident İlham Əliyev: Uzun illər köçkünlük həyatı yaşamaq böyük əzabdır.

Kişi sakin: Çox zülmdür, zülm çəkmişik.

Prezident İlham Əliyev: Həm fiziki, həm mənəvi əzab. Torpaqları da biz döyüşərək aldıq. Heç kim onları bizə qaytarmadı.

Sakinlər: Allah o yumruğunuzu çox möhkəm eləsin. Allah Sizi Azərbaycanın üstündən əskik etməsin, amin. Uzun ömür, cansağlığı arzulayırıq.

Prezident İlham Əliyev: Sağ olun. Gəlin, birlikdə şəkil çəkdirək.

Sakinlər: Şükür bu günümüzə. Arzumuz idi, arzumuza çatdıq. İmişlidə, Kürdəmirdə yaşadıq.

Prezident İlham Əliyev: Orada da qaçqın düşərgəsində?

Sakinlər: Şəhərcikdə. Bizi dolandırmısınız. Başqa ölkələrdə köçkünlərə baxırıq, Sizə minnətdarıq. Siz bizə yaxşı baxmısınız, Sizdən hərtərəfli razıyıq. Uzunömürlü Prezidentimiz ol! Allahdan arzu edirəm “Dəmir yumruğ”unuz var olsun. Qarabağ Azərbaycandır! Yaşasın Prezidentimiz! Yaşasın Azərbaycan! Millətimiz sağ olsun! Yaşasın bizim Prezidentimiz!

Prezident İlham Əliyev: Sağ olun. Görünür, bu cavan qızlar işğal dövründə dünyaya gəliblər.

Sakinlər: Bəli, bəli.

Gənc qız: Bəli, cavan olsaq da, həmişə ürəyimiz Vətənlə döyünüb.

Qadın sakin: 1992-ci ildə buradan piyada getmişəm, nə zülmlə, nə zillətlə. İndi Allaha şükür, arzumuza çatdıq. Allah, Prezidentimiz İlham Əliyevi var elə, bizi bu günə çatdırdı. Tanrı, Mehriban xanımı var elə, dövlətimizi uca elə. Öpürəm Sizi. Allah ömrümdən kəsib Sizin ömrünüzə calasın.

Prezident İlham Əliyev: Birlikdə deyəkmi Qarabağ Azərbaycandır!?

Sakinlər: Qarabağ Azərbaycandır! Yaşasın bizim Lider! Allah köməyiniz olsun!

Prezident İlham Əliyev: Salamat qalın.

Sakinlər: Yaxşı yol.

x x x

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 2023-cü il noyabrın 7-də Vəngli kəndində olublar.

Xaçın çayının sahilində yerləşən kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

Kənddəki 391 fərdi evdən 52-si yararsız, 339-u isə qismən yararlı olub. 60 fərdi ev artıq əsaslı bərpa edilib, sentyabrın 1-dək daha 60 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 219 fərdi ev təmir və bərpa olunacaq.

Bu il avqustun 15-də 22 ailə, ümumilikdə 83 nəfər doğma Vəngli kəndinə qayıdıb. Avqust ayının sonunadək isə daha 38 ailə (143 nəfər) bu kəndə köçürüləcək.

Hazırda Vəngli kəndində müasir sosial infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Belə ki, 4 transformator və 3 kilometr uzunluğunda mövcud elektrik xətti təmir edilib, əlavə olaraq 1,5 kilometr uzunluğunda xəttin çəkilməsi işləri görülür. Kənddə 60 ev su ilə təmin olunub, sentyabr ayının sonlarınadək kəndin içməli su ilə təminatı tam başa çatdırılacaq. Mövcud qaz xətti bərpa olunub, 3 min 500 poqonometr xəttin isə bərpası nəzərdə tutulub. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və əlavə olaraq yeni hissənin çəkilişi planlaşdırılır.

Kənddə istirahət parkı salınıb. Sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parkda hər cür şərait yaradılıb. Ərazidə bayraq meydanı, idman və uşaq oyun meydançaları, rekreasiya zonası və yaşıllıq zolağı salınıb.


















Son xəbərlər

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Ağ Ev İranla müharibənin bitdiyini Konqresə təqdim etdi

Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Media: Tramp Konqresə İrandakı əməliyyatın başa çatdığını bildirib

Şəkidə eyni məktəbin iki şagirdi müksimum bal topladı

Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR

"Taşacak bu deniz"lə bağlı dəyişiklik

1 Maydan geriyə qalan - Fotolar

Aygün Kazımovanın səhhəti pisləşdi - Konserti təxirə salındı

Ramal İsayev tanınmış influenserlərlə müqavilə bağladı - Fotolar

Sabirabadda yazıçı Pünhan Şükürün yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

Muğamın dövlət himayəsi və milli missiyası: Sabir Abdullayev Mehriban Əliyevanın mədəni təşəbbüslərini dəyərləndirir

Sənubər Səhər : Bizi idarə edən özümüz... - FOTO

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031