Xəbərlər
21.08.2025, 01:43
ŞƏHLA XƏLİLQIZI : Vəfasız sevgiyə necə döz deyim - FOTO
DÖZ DEYİM.
Yandırır ürəyim məni alovsuz,
Çəməndə gül bitməz olsa o, susuz.
Ey taley işığı ey bəxtsiz ulduz,
Kədərdən qaçmağa necə söz deyim.
Dünyanın şərbəti gah şirin, acı,
Əbədi bir eşqdir həyatın tacı.
Bərəkət gətirər ocağın sacı,
Ocağın külünə necə köz deyim.
Lalə qəm çəkmişdir, qara qəlbiylə,
Məcnunda yaşamış təmiz eşqiylə.
Bülbül də oxuyur, gül həsrətiylə,
Eşqi anlamaza necə söz deyim.
Həyatın qəm yolu, varaq-varaqdır,
Qəm çəkən gözlərdə acı bulaqdır.
Eşqin qəmidə qalaq-qalaqdır,
Ürək nifrət etsə necə döz deyim.
Şəhlayam çəkirəm hicranın qəmi,
Həm sevinc həm kədər ömrümün dəmi,
Nə üçün qurumaz gözümün nəmi,
Məni sevməyənə necə sev deyim.
Vəfasız sevgiyə necə döz deyim.
Çəməndə gül bitməz olsa o, susuz.
Ey taley işığı ey bəxtsiz ulduz,
Kədərdən qaçmağa necə söz deyim.
Dünyanın şərbəti gah şirin, acı,
Əbədi bir eşqdir həyatın tacı.
Bərəkət gətirər ocağın sacı,
Ocağın külünə necə köz deyim.
Lalə qəm çəkmişdir, qara qəlbiylə,
Məcnunda yaşamış təmiz eşqiylə.
Bülbül də oxuyur, gül həsrətiylə,
Eşqi anlamaza necə söz deyim.
Həyatın qəm yolu, varaq-varaqdır,
Qəm çəkən gözlərdə acı bulaqdır.
Eşqin qəmidə qalaq-qalaqdır,
Ürək nifrət etsə necə döz deyim.
Şəhlayam çəkirəm hicranın qəmi,
Həm sevinc həm kədər ömrümün dəmi,
Nə üçün qurumaz gözümün nəmi,
Məni sevməyənə necə sev deyim.
Vəfasız sevgiyə necə döz deyim.
20. 08. 2019.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













