Tovuzda 5 nəfər dönərdən zəhərləndi
Tovuzda kütləvi zəhərlənmə olub.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.
İlkin məlumata görə, bir neçə nəfər dönərdən zəhərlənib.
Həmin şəxslər Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.