Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.


Müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edib və iş adamının yaxınları Rəqsanə İmsayılovaya 520 min dollar pul veriblər. Amma 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.

Həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub.

“Bakuinfo” xəbər verir ki, SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, Rəqsanə İsmayılovanın biznesmen həyat yoldaşı Fazil Əmiraslanov artıq zərərçəkmişlərlə danışıqlara girib və onların pulunu qaytaracağına söz verib.

Mənbənin bildirdiyinə görə, son illər Moskva şəhərindəki biznesi tənəzzül edən Fazil Əmiraslanov iqtisadi cəhətdən əvvəlki qüdrətində deyil. Bununla belə, 1 milyon manata yaxın məbləğin ödənilməsi onun üçün heç də mümkünsüz deyil.

Məlumata görə, Fazil Əmiraslanov Rusiya paytaxtındakı obyektlərindən birini satışa çıxarıb və alqı-satqı rəsmiləşdikdən sonra Rəqsanə İsmayılovanın borcları tamamilə bağlanacaq.

Xatırladaq ki, Fazil Əmiraslanov uzun illərdir ki, Moskvada iri bizneslə məşğul olur. O, “Bakkara XXI”, “Luç-SB” , “Sofiya ML” “Korvet İnvest” kimi iri şirkətlərinin sahibidir. Bundan başqa onun Rusiya paytaxtında “Mayak” adlı Ticarət Mərkəzi də var.

Onun şirkətləri restoran, daşınmaz əmlakın alqı-satqısı, habelə topdansatış ticarəti üzrə ixtisaslaşıb.

Rəqsanə İsmayılova həyat yoldaşı Fəzail Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olub. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəliblər.

Qeyd edək ki, Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.

Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031