Xəbərlər
14.08.2025, 00:38
ABŞ-də güclü yağışlar nəticəsində 3 nəfər ölüb
ABŞ-nin Tennessi ştatında daşqınlara səbəb olan güclü yağışlar insan itkisi ilə nəticələnib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hamilton bölgəsi Fövqəladə Hallar İdarəsinin sözçüsü Emi Maksvell bununla bağlı açıqlama verib.
Maksvell bildirib ki, yağış zamanı Çattanuqa bölgəsində ağacın avtomobilin üzərinə düşməsi nəticəsində biri uşaq olmaqla üç nəfər həlak olub.
Maksvell qeyd edib ki, ərazidə dəymiş ziyanın tam həcmi hələ məlum deyil və səlahiyyətlilər gün ərzində zərərin qiymətləndirilməsi aparacaqlar.
Qeyd edək ki, güclü yağış və daşqın səbəbindən ərazidə fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay