“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında “Şkendiya”ya qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransına qatılıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularımı təbrik edirəm. Çox vacib və yaxşı qalibiyyət əldə etdilər. Azarkeşlərə təşəkkür edirəm. Əsl futbol ab-havası var idi. Get-gedə oyunumuz daha da keyfiyyətli olur, futbolçular bir-birini başa düşür. Normal prosesdir. Daha da artığını etməli və düşünməliyik. Çünki daha keyfiyyətli, bacarıqlı rəqiblər gəlir. Yaxşı oyun oldu. Rəqibə də uğurlar arzulayıram. Baş məşqçisi və futbolçuları çox intizamlı, alicənəb aparırdılar özlərini”.

- Matçdan əvvəl bu cür böyükhesablı qələbə gözləyirdiniz?
- Düşünə bilmərəm, amma istəyə bilərəm. Futbol indi elə səviyyəyə çatıb ki, istənilən matç 3-5 qolluq oyun ola bilər. Bu cür qalibiyyətlər xoş olur. İstəyirdim deyim, amma gözləyirdim deməyim.

- Hikmət Cəbrayılzadə haqda hansı fikirdəsiniz?
- Bir neçə aydır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi. Biz də öz akademiyamızdan 3-4 futbolçunu məşqlərə cəlb edirik. Onların potensialına baxırıq, Hikmət gəldiyi gündən ustalığını, qabiliyyətini göstərdi. Yaxşı, fiziki qabaritləri var. Daha çox çalışmaq lazımdır. Amma ansambla uyğun futbolçu olub. Qarşıdakı matçlarda imkan olduqca, meydana buraxacağıq. Amma inanın ki, onu tam əminliklə komandaya götürmüşəm. Əsas odur ki, özü daha da işgüzar olsun, futbol haqda düşünsün. Hikmət kimi digər oyunçulara da şans yaradacağıq.

- Bu matç sizə “Lex”lə matçı xatırlatdı? Ssenari eyni idi sanki...

- 2-3 ildən bir belə matçlar olur. Qol buraxdıqdan sonra qalib gəlmək futbolda vacib elementdir. Belə olanda, futbolçu özünə daha çox inanır. Əgər sona kimi oyun intizamını qoruyub-saxlasaq, qalibiyyət əldə edərik.

- Sami Mmaenin oyununu necə şərh edərdiniz?
- Onun oyununu hansısa fikir söyləməyə ehtiyac yoxdur. Onun futbol qabiliyyəti və intelekti cəlbedicidir. Ötürmələri, oyunu idarə etməsi bu kimi şeylər bizi daha çox cəlb etmişdi. Oyuna çıxandan sonra lazımı anda oyunu sakitləşdirə bilirdi, pressinqdən çıxmaq qabiliyyəti var idi. Razı qaldım. İdman formasından uzaq olsa da, məşqlərdə daha çox çalışır və istəklidir.

- Marko Yankoviçin start heyətinə qayıtması, Kadi Borgesin adət etdiyimiz mövqeyinə dönməsi oyun planında üstünlük verirdi?
- Futbolçuların sağlam olması önəmlidir. Fərqi yoxdur futbolçu ilk dəqiqədən oynadı, yoxsa sonradan. Hər bir futbolçunun öz keyfiyyəti var. Bir neçə il birlikdə oyanaynlar bir-birini tamamlayırlar. Kadi və Yankoviç bir-birini daha yaxşı başa düşür. Təcrübə və bəzi ustalıq keyfiyyətli belə oyunlarda daha çox vacib olur. Yankoviçin əsas heyətə dönməsi bizi tam razı salır.

- “Ferentsvaroş”, yoxsa “Ludoqorets”, “Qarabağ” üçün hansı rəqib daha yaxşıdır?
- İnanın ki, heç düşünmürəm. Onları bir-birindən ayrımaq istəmirəm. ÇL-in pley-off mərhələsi qrup deməkdir. Arzuladığım rəqib yoxdur. Xeyirlisi hansıdırsa, o da olsun. Kim olsa hazırlaşacağıq.

- Premyer Liqanın 1-ci turunun təxirə salınacaq. Komandaya necə təsir edəcək?
- İnanmıram, nə mənfi, nə müsbət təsir etsin. Çempionatda oynamaq da fikrindəydik. Hazır idik. Sadəcə gün fərqi var. Biz “Sabah”ı gözləsək, biz 2 gün sonra səfərə getməliyik. “Sabah” bizi gözləsə, onlar 2 gündən sonra bizimlə oynamalıdır. Texniki nüansdır. “Sabah”a da uğurlar arzulayıram, “Araz-Naxçıvan”a da.

- Yükün altında “Qarabağ”ın çıxışların davam etdirməsi çətin deyil ki?
- Hansısa yük varsa, iş saatları da keyfiyyətli olur. Çünki daha dərindən düşünməlisən, daha aktiv olmalısan. Meydanda tək qakmaq....Bu, perioddur, sabah tam əksinə ola bilər. Klublarımız daha uğurlu nəticələr əldə edərlər. “Sabah”ın da böyük şansı var. Yaxşı kollektivə malikdirlər. “Levski” ciddi rəqibdir. Onlara uğurlar arzulayıram. Tənqid normaldır. Normal qəbul edirəm. Bəlkə bəzən hardasa təsir edir. İllərdir proses gedir... Həmişə demişəm ki, azərbaycanlıların dediyi söz, tənqid çox xoşdur. Belə olduğu halda, daha da məsuliyyətli, aktiv olursan. Çalışırıq ki, öz işimizlə düzgün məşğul olaq. Yaxşı nəticələr əldə edək.

- “İmişli” və “Karvan-Yevlax” da Şamaxıdakı süni örtüklü meydançada oynayacaq. “Qarabağ”ın avrokuboklarda oynayacağını nəzərə alsaq, burada səfər görüşlərini keçirmək sizin komandanıza necə təsir edəcək?
- Maksimum təsir edir. Təsəvvür edin ki, hər dəfə müzakirələr gedir. Meydança amilləri, azarkeş amilləri. Təsəvvür edin ki, başqa ölkələrdə çempionatda bu ab-hava olur. Xorvatiya, Polşada, balkan ölkələrində. Hər oyunda bu qədər atmosfer olur. Bu, futbolçunu daha məsuliyyətli, aktivli, həvəsli edir. Bunlar hamısı səbəblərdir ki, Avropada da oyun səviyyəmizi, uğurlu nəticələrimizi qoruyaq. Əfsuslar olsun ki, 3 komandamız Şamxıda oynayacaqsa.. Daha aktiv klublar üçün minusdur. İstər-istəməz futbolçunu motivasiyası həmən düşür aşağı. Həvəs çox düşür. Bunlar da gətirib inamsızlığa çıxarır, həm də Allah qorusun, böyük zədələrə çıxarır. İdmançı meydana istəksiz çıxıbsa, böyük problemə çıxarır. Avropa oyundan sonra oyunlarımız ora düşsə... Əgər ölkə çempionatından oyundan sonra futbolçu 48, 72 saata özünə gəlirsə, yorğunluğu çıxarırsa, avrkuboklarda... Kl-dan sonra bir cürdür, Çempionlar Liqasından sonra daha çox vaxt lazım olur. Bundan sonra gəlib belə meydançalarda 3-4-də oynayacağıqsa, bizim üçün böyük zərbədir. Əfsuslar olsun ki, vəziyyət belədir. Gələcəyə pozitiv, ümidlə baxmaq lazımdır.

- Süni örtüklü meydança məsələsini AFFA İK-da qaldıra bilərsiz. Çıxış yollarının tapılması üçün məsləhət versəz, sizi dinləyərlər?

- Heç mənim orada məsələni qaldırmağa ehtiyac yoxdur. Çünki orada hər İK-nin iclasında müzakirə olunur. Klubların boynuna düşən məsələdir. Komanda Premyer Liqaya çıxırsa, yaxşı şəraiti olmalıdır. Amma əgər, yoxdursa, əlbəttə ki, federasiya hər bir komandaya 1 ilə yaxın vaxt verir. Əgər gələn il də belə olsa, ciddi addımlar atılacaq. Hətta planlamada ilk sıralarda olan məsələlərdən biri meydançalarımızın yaxşılaşdırılması və çoxalmasıdır. Yəqin ki, yaxın zamanda buna start verəcəklər. Bəzən hansısa səviyyəyə gəlmək üçün müəyyən çətinlikləri aşmaq lazımdır. İnanıram ki, gələcəkdə yaxşı sponsorlar tapılar, klublar öz meydanlarını yaxşılaşdırarlar. Yoxdursa da daha ciddi addımlar atılar.

Son xəbərlər

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031