Xəbərlər
5.08.2025, 01:06
Ərdoğan Starmerə Qəzzada atəşkəs üçün İsrailə təzyiqin vacibliyini vurğulayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı aparıb.
Turaztv.az APA -ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.
Görüş zamanı Ərdoğan Qəzza zolağında atəşkəsin təmin olunması üçün İsrailə təzyiq göstərilməsinin və Fələstin probleminin iki dövlətli həll prinsipi əsasında həllinin vacibliyini vurğulayıb.
Ərdoğan əlavə edib ki, Türkiyə Qəzzaya mütəmadi olaraq humanitar yardım göndərir və bölgədə atəşkəsin əldə olunması, eləcə də müzakirələrin aparılması üçün vasitəçilərin səylərini dəstəkləyir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay