Xəbərlər
4.08.2025, 22:16
TƏRANƏ MƏFTUN : BƏZƏN BİRCƏ ANDA QOCALIR İNSAN... FOTO
BƏZƏN BİRCƏ ANDA QOCALIR İNSAN...
Bəzən bircə anda qocalır insan,
Səbəbi nə ömür, nə yaş olmayır.
Ayaq büdrəyəndə, qaralanda qan,
Səbəbi nə kömür, nə daş olmayır.
Bəzən bircə anda qocalır insan,
Qəddini bir kəlmə söz əyə bilir.
Hər acı gülüşdən, soyuq baxışdan,
Ürək yarasına köz dəyə bilir.
Bəzən bircə anda qocalır insan,
İlmətək sökülür xatirələri.
Payız buludutək o, dolan zaman,
Yağıştək tökülür xatirələri.
Səbəbi nə ömür, nə yaş olmayır.
Ayaq büdrəyəndə, qaralanda qan,
Səbəbi nə kömür, nə daş olmayır.
Bəzən bircə anda qocalır insan,
Qəddini bir kəlmə söz əyə bilir.
Hər acı gülüşdən, soyuq baxışdan,
Ürək yarasına köz dəyə bilir.
Bəzən bircə anda qocalır insan,
İlmətək sökülür xatirələri.
Payız buludutək o, dolan zaman,
Yağıştək tökülür xatirələri.
04.08.2025 21:35 l -ci gün
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















