Elçin böyük nəsr ustasıdır. O, bütün povest və hekayələrində insan qəlbinin sirlərini, adi sözlərlə ifadə olunmayan hissləri aşkar edib oxucuya çatdıran yazıçıdır.

Elçin insanı, xarakteri və obrazı eksperimentdən çıxarır.Onun nəsrinə bütöv şəkildə nəzər salsaq, fəlsəfi-etik modelin başlanğıc nöqtəsini görmək mümkündür.

“On ildən sonra” hekayəsindəki yeniyetmənin daxili dünyası, “Beş dəqiqə və əbədiyyət”dəki rəhbər şəxsin qəzaya uğramaqda olan təyyarədəki işçilərinə etinasız münasibətindən sonrakı peşmanlığı, “Şuşaya duman gəlib”də milli-mənəvi dəyərlərə yazıçı münasibəti və s. əsərlərində öz obrazlarını qeyri-adi, qeyri-tipik situasiyalara salır: Düş bu situasiyalara görüm axı sən kimsən?

Ədəbi tənqid ustası M.Cəfər Elçinin povestlərindəki təmizlik, düzlük, sədaqət, fədakarlıq keyfiyyətlərini müəllifin idealları kimi qiymətləndirir.

Onun “Bir görüşün tarixçəsi” əsərindəki “Məmmədağa”, “Məsməxanım” obrazları milli-mənəvi dəyərlər sisteminə müəllif münasibətidir.

“Dolça” povestində müəllif iki ailəni, iki müxtəlif psixologiyanı qarşılaşdırır: Onların biri təmiz, vicdanlı, milli dəyərlərə hörmət psixalogiyası ilə, o biri isə rüşvətdən doğan nankor xarakteristikası ilə oxucuda birinciyə sevgi, ikinciyə nifrəti aşılayır.

Elçin bütün nəsrində qoyduğu və davam etdirdiyi belə bir konsepsiyanı qoruyur ki, insan ləyaqəti dünyada ən uca keyfiyyətdir. “Dolça”dakı “Ağababa” və “Ağabacı” bu ləyaqətin sahibləridir.

Onun nəsr və dramaturgiyasında bu keyfiyyətlər aparıcı ideallar sırasındadır.

Özünün estetik ideallar silsiləsini yaratmış və bu yaradıcılığı məktəb səviyyəsinə yüksəltmiş Elçin Əfəndiyevin itkisi bütöv bir millətin kədər faktıdır.
Cahangir Məmmədli
BDU-nin Milli mətbuat tarixi kafedrasının müdiri,
professor, görkəmli jurnalist

Son xəbərlər

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031