
Xəbərlər
30.07.2025, 01:02
MƏHƏMMƏD NƏRİMANOĞLU : AD GÜNÜN MÜBARƏK, GÜLÜM!-GÜLLÜ BƏNİZİM! - FOTO
AD GÜNÜN MÜBARƏK,
GÜLÜM!-GÜLLÜ BƏNİZİM!
GÜLÜM!-GÜLLÜ BƏNİZİM!
Ömrümüzün arxada qalan illərini sazlı-sözlü keçirdik, çoxlarına nümunə olduq. Yaşa dolduqca təkcə qəlbimiz yox, gözlərimiz də doldu. Balaları qanad altında böyüdüb uçurduqca qəlbimizdə ilk sevginin odunu onlara verdik.
Amma bu məhəbbət balalara paylamndıqca bizdə artdı-çoxaldı. Ona görə ki, bir-birimizə necə arxa-dayaq olduğumuzu sanki yenidən duyduq. Duyğulu olmaq da bir şey deyilmiş.
Amma nə yaxşı ki, bizim sevgimiz maddi sərvətlə bələnmədi: Tanrı necə yazdısa, eləcə də boy atdı qəlbimizdə.
Bu günə şükür, Gülüm! Mənə elə gəlir ki, nə qədər doğmadan-doğma olanlar təbrik edir-etsin, ürəyi, qəlbi bu misraların arasında döyünən, hər açılan sabahına şükür edən insan sənə daha yaxın olandır: hər anında əlindən tutan.
Ailəmizdə 40 ilə yaxındır ki, hər ilin qora bişirən ayında bahar təravətli açan bir gül becəririk ikimiz-O, Sənsən - Güllü bəniz!
Builki AD GÜNÜN də mübarək! Tanrı bizi qoşa yaratmasa da, ikimizə bir yol açıb - ömür yolu! Sonuna kimi bax beləcə ətrafında gül açılsun bu yolun! O güllərin ən ətirlisi, təravətlisi Sənsən!
Ad günün mübarək! Bu dəfə də Sən, qapıdan içəri girib, hansısa hədiyyə ilə təbrik edə bilmədim. Sənin təbrikin qəlbimdən dilimə süzülən bu misralarım oldu, yenə də. İkimizin birlikdə qeyd etdiyimiz AD GÜNÜN MÜBARƏK!
Qoy baxım mən gözlərinə,
Yaşamağa ilham alım.
Elə din ki, mənim canım,
Sevincimdən qanadlanım.
Ay həyatım, canım-gözüm,
Başını qoy dizlərimə.
Qoy qarışsın hələ, Gülüm,
İşvə-nazın sözlərimə.
Kövrəlirsən yenə də sən,
Ötən günlər, aylar üçün!
Duyanda ki, qocalırıq,
Sızlayıram için-için...
Söz yazıram, bal qatırsan,
Səsin sözümə köklənir.
Elə könlümə yatırsan,
Çiçək açıb, gül yüklənir.
Qələm qaşlı, ay üzlü sən,
Şirin-şəkərli sözlüsən.
Qara qaş, qara gözlüsən,-
Ceyran, cüyürmü təklənib...
Sədaqətli, mərhəmətli,
Od-ocaqlı, hərarətli,
Qəlbin bahar təravətli,
Qönçələnib, çiçəklənib...
Sevir, vallah, dansa da o,
Bu eşqdən hey yansa da o.
Bunu bəəxti sansa da o,
Gözəllənib, göyçəklənib.
Yeni yaşın mübarəkdi,
Nəvələrin nənə payı!
Ömrümüzə bil, gərəkdi,
Ömrümüzün fəsli, ayı!
Yaşamağa ilham alım.
Elə din ki, mənim canım,
Sevincimdən qanadlanım.
Ay həyatım, canım-gözüm,
Başını qoy dizlərimə.
Qoy qarışsın hələ, Gülüm,
İşvə-nazın sözlərimə.
Kövrəlirsən yenə də sən,
Ötən günlər, aylar üçün!
Duyanda ki, qocalırıq,
Sızlayıram için-için...
Söz yazıram, bal qatırsan,
Səsin sözümə köklənir.
Elə könlümə yatırsan,
Çiçək açıb, gül yüklənir.
Qələm qaşlı, ay üzlü sən,
Şirin-şəkərli sözlüsən.
Qara qaş, qara gözlüsən,-
Ceyran, cüyürmü təklənib...
Sədaqətli, mərhəmətli,
Od-ocaqlı, hərarətli,
Qəlbin bahar təravətli,
Qönçələnib, çiçəklənib...
Sevir, vallah, dansa da o,
Bu eşqdən hey yansa da o.
Bunu bəəxti sansa da o,
Gözəllənib, göyçəklənib.
Yeni yaşın mübarəkdi,
Nəvələrin nənə payı!
Ömrümüzə bil, gərəkdi,
Ömrümüzün fəsli, ayı!
******************************
Ömür-gün yoldaşım - Gülbəniz xanımın Ad Gününə gül almadım, qorxdum ki, bu gün aldığım gül, illər öncə güllü bağdan-dağdan dərdiyim Gülümdən utanar, solar.
Axı, sevib-seçdiyim gülüm bütün güllərdən gözəl və təravətlidir. Hər kəsə belə gül bənizli, sədaqətli ömür-gün yoldaşı, ana, bacı qismət eləsin, amin!
Ad günün mübarək, GÜLüm!
*******
Bu nə işvə, bu nə nazdı bilmirəm,
Mələk kimi göylərdənmi gəlmisən?!
Su sonası, ya da ki, sən ilahə,
Bir almanı tən yarıya bölmüsən.
Elə bildim bir xəyaldı, nağıldı,
Səni görcək huş başımdan dağıldı.
Ürəyimə, sinəm üstə taxıldın,
Yazda açan tər bənövşə - Gülüm, sən.
Baxışınla od salmısan cana sən,
Çox layiqsən bu ada sən, sana sən.
Məhəmmədi ya danla, ya qına sən,
Biləmmədim mirvarisən, incisən...
Mələk kimi göylərdənmi gəlmisən?!
Su sonası, ya da ki, sən ilahə,
Bir almanı tən yarıya bölmüsən.
Elə bildim bir xəyaldı, nağıldı,
Səni görcək huş başımdan dağıldı.
Ürəyimə, sinəm üstə taxıldın,
Yazda açan tər bənövşə - Gülüm, sən.
Baxışınla od salmısan cana sən,
Çox layiqsən bu ada sən, sana sən.
Məhəmmədi ya danla, ya qına sən,
Biləmmədim mirvarisən, incisən...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



