Plastik cərrah Türkan Gündüzü xüsusi amansızlıqla qətlə yetirən əri Muhammet Gündüz mərhumun ailəsinə maddi təzminat ödəyəcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmişin hüquqi varisi tərəfindən verilmiş şikayətə əsasən belə qərar çıxarıb.

Türkan Gündüzün hüquqi varisi məhkəmədə nümayəndəsi ilə iştirak edib.

Apellyasiya şikayətində M.Gündüzə verilmiş 17 illik həbs cəzasının ömürlük cəza ilə əvəz olunması və maddi-mənəvi ziyana görə ümumilikdə 170 min manat təzminat tələb olunub. Mülki iddiada göstərilib ki, ailə dəfn xərcləri, yas mərasimləri, uşaqların yerləşdirilməsi və təhsili, eləcə də istintaq və məhkəmə proseslərində iştirak üçün ümumilikdə 70 min manat maddi ziyan çəkib. Bundan əlavə, 100 min manat məbləğində mənəvi ziyanın ödənilməsi istənilib.

Məhkəmə apellyasiya şikayətini mülki iddia hissəsində qismən təmin edib. Muhammet Gündüzün mərhumun ailəsinin-hüquqi varisin xeyrinə 15 min 70 manat ödəməsinə qərar verilib.

Həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəfin cəza müddəti ilə bağlı verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. M.Gündüzə əvvəl verilmiş 17 illik azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu iş üzrə birinci instansiya məhkəməsində əvvəl zərərçəkmiş şəxsin hüquqi varisi bacısı idi. Bir müddət sonra isə mərhum Türkan Gündüzün anası hüquqi varis kimi tanınıb.

Sail Ağasəlim

Son xəbərlər

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930