Xəbərlər
29.07.2025, 04:14
TƏRANƏ MƏFTUN : GİZLİ YANIRDIM - FOTO
Mən elə bilirdim fani dünyada,
Məhəbbət əbədi, həmişəlikdir.
Can qurban etdiyim dönəndə yada,
Sandım ki, ürəyim dəlik - deşikdir.
Bir zaman hamıdan yaxındı mənə,
O, məni yaşadan arzu, diləkdi.
Hər görüş bir ayrı sevinc, təntənə,
O, mənə hamıdan gözəl, göyçəkdi.
Amma xoş günlərin ömrü az oldu,
Səadət nəğməsi bitdi yarıda.
Məhəbbət çiçəyi saraldı, soldu,
Nəzərim ilişib qaldı sarıda.
Sarı rəng ayrılıq libası kimi,
Vədəsiz biçildi eşqin boyuna.
İçimdə çəkərkən dərya dərdimi,
Mən bir dəvət aldım qohum toyuna.
Sırayla düzülmüş maşın karvanı,
Qonaqla doluydu şadlıq sarayı.
Bəy ilə gəlinin hər xoşbəxt anı,
Sevgi nəğməsiydi, vüsal harayı.
Mənimsə içimdə qopmuşdu tufan,
Musiqi səsindən duyğulanırdım.
Qələbə nəğməsin çaldıqca hicran,
Uğursuz eşqimə gizli yanırdım.
Məhəbbət əbədi, həmişəlikdir.
Can qurban etdiyim dönəndə yada,
Sandım ki, ürəyim dəlik - deşikdir.
Bir zaman hamıdan yaxındı mənə,
O, məni yaşadan arzu, diləkdi.
Hər görüş bir ayrı sevinc, təntənə,
O, mənə hamıdan gözəl, göyçəkdi.
Amma xoş günlərin ömrü az oldu,
Səadət nəğməsi bitdi yarıda.
Məhəbbət çiçəyi saraldı, soldu,
Nəzərim ilişib qaldı sarıda.
Sarı rəng ayrılıq libası kimi,
Vədəsiz biçildi eşqin boyuna.
İçimdə çəkərkən dərya dərdimi,
Mən bir dəvət aldım qohum toyuna.
Sırayla düzülmüş maşın karvanı,
Qonaqla doluydu şadlıq sarayı.
Bəy ilə gəlinin hər xoşbəxt anı,
Sevgi nəğməsiydi, vüsal harayı.
Mənimsə içimdə qopmuşdu tufan,
Musiqi səsindən duyğulanırdım.
Qələbə nəğməsin çaldıqca hicran,
Uğursuz eşqimə gizli yanırdım.
29.07.2025 01:15 ll gün
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










