Xəbərlər
15.06.2025, 23:38
TƏRANƏ MƏFTUN : Təbrik edirəm səni, yüz yaşa, oğul balam - FOTO
CANIM OĞLUM
Sən mənimçün dünyada ən dəyərli bir inci,
Qəlbimin fərəhisən,ürəyimin sevinci.
Mənə həyatımda ilk ANA adın yaşadan,
Səni daim qoruyub hifz eləsin Yaradan.
Üzündəki təbəssüm gözümə işıq verir,
Varlığın həyata dad,ömrə yaraşıq verir.
Ağlın,kamalın ilə hər yerdə hörmətin var,
Bircə yol səni görən bəxtindən məmnun qalar.
Ürəyi təmiz balam, ürəyimsən sən mənim,
İşi dara düşənin harayına yetənim.
Uca boylum,sevimlim,qurban olum boyuna,
Həsrət qoyma ananı səntək oğlun toyuna.
Bu gün sənin ad günün,mənim ən xoşbəxt günüm,
Övladlarımla keçən hər gün toyum, düyünüm.
Təbrik edirəm səni,yüz yaşa,oğul balam,
Çin olsun hər bir arzun,gözündə qalmasın kam.

15.06.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay