Xəbərlər
28.07.2025, 01:47
Müəllif - Gülnarə Məhəmmədqızı : Özümə Bənzər Şəhərəm - FOTO
Dünya olmasam da, kiçik şəhərəm,
İçimdə dar küçə – xatirə izi.
Burda doğulur da, ölür düşüncə,
Asılmış divaram, "əsir"in səsi.
Küləklər əsdikcə xatirələrlə,
Toz qalxır üstümdən – tarix misalı.
Hər daşım – babamın son duasıdır,
Qapımda şeh kimi ağlayır halı.
Bu şəhər içində bir dənizəm mən,
Dalğamla danışar səssiz ağlayan.
Günəş də yandıqca dəyişir fəslim,
Rüzgarım oynaqdır, ömrüm bir yalan.
Mavi ümidlərim göylərdə üzür,
Mübariz bağçayam şəfqət bağında.
Alovla yanaraq köz olur sözüm,
Zəhmətin yoluyam vüsal çağında.
Bu şəhər içində ucaldım özüm,
Daşlar, yağış kimi dəydi sinəmə.
Məşələ çevirdim odlu qəlbimi,
Əlimlə yandırıb verdim Vətənə.
İçimdə dar küçə – xatirə izi.
Burda doğulur da, ölür düşüncə,
Asılmış divaram, "əsir"in səsi.
Küləklər əsdikcə xatirələrlə,
Toz qalxır üstümdən – tarix misalı.
Hər daşım – babamın son duasıdır,
Qapımda şeh kimi ağlayır halı.
Bu şəhər içində bir dənizəm mən,
Dalğamla danışar səssiz ağlayan.
Günəş də yandıqca dəyişir fəslim,
Rüzgarım oynaqdır, ömrüm bir yalan.
Mavi ümidlərim göylərdə üzür,
Mübariz bağçayam şəfqət bağında.
Alovla yanaraq köz olur sözüm,
Zəhmətin yoluyam vüsal çağında.
Bu şəhər içində ucaldım özüm,
Daşlar, yağış kimi dəydi sinəmə.
Məşələ çevirdim odlu qəlbimi,
Əlimlə yandırıb verdim Vətənə.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










