Xəbərlər
22.07.2025, 23:20
Ozzi Osborn vəfat etdi - Fotolar
Dünyaşöhrətli rok ifaçısı, “Black Sabbath” qrupunun solisti Ozzi Osborn 76 yaşında vəfat edib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda sənətçinin ailəsi məlumat yayıb:
“Sevimlimiz Ozzinin bu səhər dünyasını dəyişdiyini kədərlə bildirməliyik”.
Qeyd edək ki, sənətçiyə 2019-cu ildə Parkinson xəstəliyi diaqnozu qoyulmuşdu. Özü iddia edirdi ki, xəstəliyə səbəb həkim məsuliyyətsizliyi olub. Belə ki, o baş-boyun əməliyyatı zamanı sinirlərinin zədələndiyini bildirmişdi.
Əlavə edək ki, mərhum sənətçi “Heavy Metal” janrının əfsanəvi simalarından biridir. “Crazy Train”, “Mr. Crowley”, “Mama, I'm Coming Home”, “Paranoid” kimi ifaları ona şöhrət qazandırıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay