Ramazanova Xəyalə Sərdar qızı.
Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov adına2 saylı tam orta məktəbin biologiya müəllimi.xeyaleserdarqizi889@gmail.com
Prof. Rüfət Lətif oğlu Hüseynzadənin
rəhbərliyi ilə təqdim edilir.


Duz insanların yaşaması, sağlam olması üçün ən vacib qida məhsuludur. Duzsuz insanın yaşaması mümkün deyildr. Duz tək yeyilməsə də, qida məhsullarının üstünə səpilməklə qidanı daha dadlı və ləzzətli edir. Ona görə atalar sözü olaraq deyilmişdir: “Məni tək yeməzlər, mənsiz də yemək olmaz”.
Duz iki zəhərdən - natrium və xloriddən əmələ gəlmiş və yemək üçün yaralı, vacibli qida məhsulu olmuşdur.
İnsan orqanizminin fəaliyyəti sinirlər vasitəsilə və humoral yolla tənzim olunur. Bu tənzimlənmədə əsas şərt natrium xlorid – yəni xörək duzu hesab edilir. Yodla zəngin olan xörək duzunun insan orqanizmi üçün faydaları misilsizdir. İnsan orqanizminə daim müxtəlif qida maddələri daxil olur. Bu maddələrin parçalanması nəticəsində enerji yaranır. Həmin enerji sinir impulslarının yaranmasına səbəb. Sinir impulslarının bir istiqamətdən digər istiqmətə ötürülməsini isə xörək duzu vasitəsilə orqanizmə daxil olan natrium ionları dahada sürətləndirir. Enerji balansı düzgün idarə olan insan orqainzmi daha güclü immun sistemimə malik olmaq qabiliyyətinə məxsusdur. Düzgün enerji balansı orqanizmə daxil olan ziyanlı mikroorqanizmlərin inkişaf etməsinin qarşısını alır. Xörək duzunun tərkibində olan xlor ionları isə mədədə xlorid ionlarının yaranmasına səbəb olur. Orqanizmə daxil olan digər məhsullar mədə selikinin tərkibinə daxil olan xlorid ionları hesabına horra qarışımı şəklini rahatlıqla ala bilir. Bu halda bağırsağın işini asanlaşdıraraq həzm prosesinin normal getməsini təmin edir.
Qayadan əldə olunan xörək duzunun tərkibində olan yod elementi orqanizmdə fəaliyyət göstərən qalxanabənzər vəzinin trioksin hormonun normal şəkildə sintezini təmin edir. Trioksin hormonu maddələr mübadiləsinin normal getməsini istiqamətləndirən həyati vacib hormondur. Bununla yanaşı enerji istehsalı, hüceyrələrin inkişafı və yenilənməsini, bədən istiliyinin tənzimlənməsini təmin edir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin Naxçıvanın dünya miqyasında tanıdan və özünəməxsus sərvəti olan duza, Duz dağına, duz mədənlərinə, duzun əhəmiyyətinə həsr olunmuş “Duzdağ mozaikası” adlı kitabı çox dəyərli və maraqla qarşılanmış bir əsərdir. “Elm və təhsil” (2017) nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyət və dizaynla nəşr olunan 308 səhifəlik kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir (1). 
Naxçıvandakı Duzdağ ilə, Duz müalicəxanası ilə hərtərəfli tanışlıq baxımından, insanları məlumatlandırmaq baxımından kitab çox qiymətlidir. Belə zəhmət tələb edən bir nəşrin ortaya çıxması əlbəttə böyük vətəndaşlıq mövqeyinin elmi ifadəsi kimi səciyyəvidir.
Arxeoloji tədqiqatlar zamanı ərazidən tapılmış müxtəlif daş alətlər, məmulatlar belə bir fikir söyləməyə əsas verir ki, bəşər tarixində duzdan qida elementi kimi və müalicə vasitəsi kimi ilk dəfə Naxçıvanda istifadə olunmuşdur. Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, Duzdağ Naxçıvanın qədim tarixi və mədəni potensialını özündə cəmləşdirən əvəzsiz məkandır.  Məsələnin digər maraqlı tərəfi bundan ibarətdir ki, son illərdə muxtar respublikaya gələn yerli və xarici turistlərin ən çox ziyarət etdiyi ünvanlardan biri Duzdağdır.
  Tanınmış folklorşünas alim, dos Əkrəm Rüfət oğlu Hüseynzadə (Təəssüf ki, bu yaxınlarda 41 yaşında dünyasını dəyişdu, Allah rəhmət eləsin) duz haqqında bir neçə dəyərli məqalə və tezis yazmışdır. O qeyd edir ki, “tarixdə duzun ilk dəfə kəşf olunması Naxçıvan diyarına məxsusdur.  Duzu ilk dəfə mətbəxə gətirən oğuzlar olmuşdur. Belə rəvayət edirlər ki,  Nuh peyğəmbərin nəvəsi  Türk xanın oğlu Tütək xan duz dağ ərazisində ət yeyərkən tikəsi yerə düşmüş, qaldırıb tikəni yedikdə tikənin daha dadlı olduğunu duymuşdur. Ona məlum olmuşdur ki, bu duzdur. O vaxtdan duz mətbəxdə istifadə edilməyə başlamışdır” (2, s. 82).
Duz insanların ən lazımlı qida məhsuludur. Duzsuz yaşamaq  olmaz. Qədim vaxtlarda Hollandiyada məhbusları cəzalandırmaq üçün qeyri humanist hərəkət edərək onlara  duzsuz yemək vermişlər. Nəticədə məhbuslar bir neçə aydan sonra iflic olmuş, ya da həyatla vidalaşmışlar. Bu onu göstərir ki, duz olmadan yaşamaq mümkün deyildir.
Çinlilər, Romalılar, Fransızlar və bir çox başqa xalqlar savaşlar üçün vəsait toplamaq üçün duz vergisi qoymuşlar. Çində duz istifadəsi e.ə.800-cü illərə aiddir. Duz mühüm müqavilələrin bağlanmasında bir simvol kimi işlənmiş, ziyafət süfrəsində duzun olmaması düşmənçilik sayılmış, şübhə yaratmışdır.
Erkən orta əsrlərdə duz müqəddəs sayılmış, duza inanmışlar. “Duz haqqı demişlər”. “Manas” dastanında duz zənginlik ifadə edər, "Qutatqu Bilik"də comərdlik və qonaqpərvərlik üçün duzla bağlı bir çox ifadələrə rast gəlmək olur, Qazi Bürhanəddin, Yunus Əmrə şeirlərində duzla bağlı ifadələrə rast gəlinir.
Osmanlı arxiv sənədlərində də göstərilir ki, Naxçıvan duzu müxtəlif ticarət yolları vasitəsilə ayrı-ayrı şəhərlərə daşınmışdır. “Osmanlı ordusunun yemək xərcləri hesablanarkən, Naxçıvandan alınan duza sərf edilən vəsaitin miqdarı göstərilir” (11, s.55). Tarixən duzu müqəddəs bilən ata-babalarımız, bəlkə də, elə bu torpağın müqəddəsliyini elə Duzdağla, duzla əlaqələndirib bizlərə çatdırmışlar.
Çox vaxt qeyd edirlər ki, duz zərərlidir, qəbul etməyin, kğkəlməyə səbb olur və s. Bu fikri qəbul etmirik, və qeyd edirtik ki, duzun insan sağlığı üçün faydası misilsizdir. İnsan orqanizmi gündəlik norma olaraq 5-7 qram duz qəbul etməlidir. Həmin miqdar duz insan orqanizmində gedən vacibi prosesləri nizamlayır.
Duz istifadə edərkən təmiz duz-yodla zəngin qaya duzundan istifadə etmək – xüsusilə Naxçıvan qaya duzundan istifadə etmək daha faydalıdır. Əgər lazım olan miqdar duz insan orqanizminə gün ərzində daxil olmazsa, bu bir çox proseslərin pozulmasına səbəb olar və xəstəliklər yaranar. Başlıca olaraq immunitet sistemi çökəçək. Qanın tərkibində mikroorqanizmlərin miqdarı sürətlə çoxalmağa başlayacaq. Qalxanabənzər vəzinin trioksin hormonu normal sintez oluna bilmir. Xlorid ionun çatışmaması nəticəsində mədənin fəaliyyəti pozulur. Bütün bu hallar insan orqanizminə mənfi təsir göstərərək, onun normal çalışmasını əngəlləyəcək.

Ədəbiyyat .
1. İsa Həbibbəyli. “Duz mozaikası” Bakı: Elm və təhsil, 20217, 308 s. .
2. Əkrəm Hüseynzadə. Naxçıvan folklor mətnlərində yaşayan tarix. Bakı:Elm və təhsil, 2016, 184 s.

Son xəbərlər

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Bakının bəzi ərazilərində qaz olmayacaq

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Kral III Çarlz Konqresdə NATO-nun qorunmasının vacibliyini vurğulayıb

Yeni pasportlarda Trampın şəkli olacaq?

Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu

NASA: ABŞ kosmik proqramını dəyişdirməsə, Çin Ay yarışında ona uduza bilər

"Gönül dağı" izləyicilərinə pis xəbər

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930