İyulun 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mediamıza diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən mədəniyyət naziri Adil Kərimli bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Azərbaycan mətbuatının inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, böyük maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin səyləri ilə 150 il öncə nəşrə başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın inkişafında müstəsna rol oynayıb. Ötən dövr ərzində mətbuatımız mədəniyyətimizlə birgə yol gəlib, onun üçün əsas təbliğat vasitələrindən olub.

Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mətbuatımızın inkişafına yüksək diqqət və qayğı göstərib. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də mediamızı daim öz qayğısı ilə əhatə edib. Media qurumlarının maddi-texniki təchizatı möhkəmləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Dövlətimizin başçısı tərəfindən milli mətbuatımızın 150 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanması da mətbuat salnaməmizə yüksək diqqətin təzahürüdür.

Nazir deyib ki, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi zamanı və sonrakı mərhələdə Azərbaycan mediası üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib. Bu, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, media qurumları hazırda mədəniyyətimizin təbliğində mühüm rol oynayır: "Qədim və zəngin mədəniyyətimizin geniş auditoriyaya çatdırılmasında media və mətbuatımızın fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, kütləvi informasiya vasitələri bundan sonra da mədəniyyətimizin inkişafını diqqətdə saxlayacaq".

Daha sonra tədbir viktorina şəklində davam edib. Media nümayəndələri və tədbir iştirakçıları komanda olaraq, eləcə də fərdi şəkildə sualları cavablandırıblar.

Qaliblərə hədiyyələr təqdim olunub.

Sonda Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında konsert proqramı təqdim edilib.







Son xəbərlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031