Aman ayrılıq
SEVƏRƏK YAŞAYAN, SEVİLƏRƏK DÜNYADAN KÖÇƏN…

Müşfiq Qasımovun itkisi yalnız ailəsinin, doğmalarının, Mədəniyyət və İncəsənət Universitetinin Yasamaldakı korpusunda çalışan müəllim və tələbələrin, rəhbəri olduğu mətbəənin əmək kollektivinin deyil, həm də Ondan həmişə sədaqət, səmimiyyət, halallıq görən dostlarının itkisidir
Dostluqda sədaqətlilik mənəvi sərvətdir

...Onunla illər öncə tanış olmuşdum. Mədəniyyət və İncəsənət Universitetinin Yasamal rayonu ərazisindəki tədris korpusunda görüşmüşdük. Bizi ustad sənətkarımız, elə həmin ali məktəbin Aşıq sənəti kafedrasının rəhbəri Əhliman Şirvanlı (Allah şəfa versin!) tanış etmişdi. Sən demə, Əhliman müəllimin ikinci kitabı həmin mətbəədə (ADMİU-da) çap olunurmuş.
Yığcam kollektivin xidmətinin, məncə, əvəzi yox idi. Kollektivin rəhbəri olan Müşfiq müəllimi ilk görüşdən kiməsə oxşatdım. Sonradan öyrənəcəkdim ki, o, “Zərdabi” LTD-nin rəhbəri Elman Qasımovun qardaşıdır. Doğru oxşatmışdım. Qardaşının Kəlbəcər ədəbi mühitində öz dəst-xətti olan Molla Nəbinin (Nəbi Dilsuz) ailəsindən olan Məhəmmədəli Dildar və Şamama Mahirin kitablarının çapında etdiyi yaxşılıqlar yaddaşıma yazılmışdı. Unutmaq nadanlıq olardı. “Özümünkü”lərdən fərqli olaraq, Elman Qasımov həmin aztirajlı kitabları lap “su qiymətinə” çap edib vermişdi. Bu, həmin kitabların müəlliflərinin də yadından çıxmamışdı. Hər dəfə Elman müəllimə ömür diləyirdilər. Rəhmətlik Şamama Mahirin son kitabını isə Müşfiq müəllim çap etdi.

İlk görüşdən Müşfiq müəllimin sakit danışığı diqqəti ilk çəkirdi. Kiçik müəssisənin böyük rəhbəri olduğuna inanmazdın, öz otağına keçməsəydi. Fəhlələrlə birlikdə kitabların hazırlanmasına yaxından kömək edirdi. Duymaq və görmək olardı ki, o, sanki rəhbər deyil, həm də texnoloqdur, texnikdir, dizaynerdir, korrektor, texniki və ədəbi redaktordur.
Bütün bu keyfiyyətləri onu kollektivin sevimlisinə çevirmişdi. Bunu dizayner-texniki redaktor Nicat bəydən də eşitmək xoş idi. Sən demə, onun daha böyük sərvəti var imiş: müəlliflərə və ümumiyyətlə, sifarişçilərə səmimiyyəti, sədaqətli dostluğu.
“Azərbaycan” nəşriyyatında, daha doğrusu, “Vətən səsi” qəzeti redaksiyasında çalışdığım günlərin biri idi. Telefonuma zəng gəldi. Tanış deyildi. Amma, sən demə, onunla çox yaxın olmuşduq. Kəlbəcər rayonunun Zzar kəndindəki kitabxananın müdiri, anadangəlmə qolunun biri iflic kimi, işləməyən, istedadı ilə də çoxlarına tanış olan Zərifə xanımın yoldaşı, ticarət sahəsində təcrübəli, bunlardan başqa, elə həmin kəndin seyidi, Xalq şairi Bəxtiyar Vahabzadəni sazda ifası və şeiriyyəti ilə ağladan, anadangəlmə gözləri zəif görən, lakin klassik ədəbiyyatımızın bilicisi (buna görə Kəlbəcər RPK-nın katibi İnqilab Nadirov ona şəxsi kitabxana yaratmışdı, Allah hər iikisinə də rəhmət eləsin!) Seyid Əlinin şeiriyyat külliyyatını illərlə sinəsində qoruyub saxlayan Bəhram Məmmədov mənə zəng edəndə çaşıb-qaldım.
Elədiyi yaxşılığı dilə gətirməyəndə...

Neçə il idi ki, Bəhramın səsini eşitmirdim (10 ildən artıq olardı).
Telefon söhbətimizdən məlum oldu ki, Bəhram Bakıdadır və ömür-gün yoldaşı Zərifə xanımın şeirlərini toplayıb kitabını buraxdırmaq üçün yanıma gəlib ki, kömək edim. Yaxşılar o zaman yada ilk düşür. Onun yolunu Müşfiq müəllimin yanına istiqamət verdim. Gedib tapıb və görüşmüşdülər. Mən göndərdiyimi bildirmişdi. Müşfiq müəllim kitabı tezliklə çap edəcəyini söyləmiş və Bəhramın gətirdiyi çap pulundan 150 manatı qaytarıb ona verərək, “narahat olma, sən ki, öz yoldaşının kitabı üçün gəlmisən bu qədər yolu (Gəncədən), kitabı 50 faizə çap edərik”,-deyib yola salmışdı.
Bunu Müşfiq müəllim mənə bildirməmişdi.
Aradabir görüşür, işləri ilə maraqlanırdım. Get-gəlişimiz tez-tez olmasa da, yolum hərdən buradan düşürdü. İllər idi ki, həmin səmimiyyətin davam etdiyinin şahidi olmuşdum.
Bir gün yenə də mətbəədə idim. Kəlbəcər haqqında (“Ömrümün köçkün illəri”, “Kəlbəcər - təbii sərvətlər və möcüzələr diyarı”) kitablarının hərəsindən bir “siqnal nüsxə” hazırlayırdıq. Yenə də zəng gəldi. Bu dəfə tanıdım, o idi - Bəhram. Gözləmədiyim bir xəbəri mənə verirdi:
-Qardaş, sən nə yaxşı ki, varsan. Yenə bacının şeirlərini gətirirəm. İkinci kitabını hazırlayıb. De görüm, Müşfiq müəllimə mən deyim, yoxsa sən deyəsən?! Utanıram kitabı ora gətirməyə. Axı, keçən dəfə o, məni utandırıb. Kitabın xərcindən 150 manat qaytararaq, mənə verib: “ bu, sənin gəlib-getmək pulun olsun”,-deyib. Buna görə xəcalətəm...
Müşfiq müəllim bunun səsini eşidib, astaca gülümsündü və dedi:
-Nə eləmişik ki? Ona kitabın xərcini Gəncədə çox deyiblər. Kitabı 50 faizə çap edib vermişdim. Qatardığım isə bizim o kişiyə halal elədiyimiz pul idi. Axı, hər kişi öz həyat yoldaşının istedadına qapı-pəncərə açmır, əksinə, bağlayır ki, kimsə bilməsin...
Bu adamın ürəyinə sanki o gün yenidən bələd oldum. Kəlbəcərlilərin hansı imkanda olduğunu yaxşı bilən Müşfiq müəllim mətbəə xərclərini digərləri kimi, ikiqat artıq deməmiş, əksinə, çapxərcindən sifarişçiyə (Bəhrama) yolpulu da qaytarıb vermişdi.
Mən belə səmimiyyəti hər nəşriyyat və mətbəədə ünsiyyət qurduğum naşirlərdə görmədiyim üçün, qulaqlarıma inana bilmirdim. Lakin yadıma salanda ki Müşfiq müəllimin qardaşı vaxtilə bu xeyirxahlığı ilə məni də yola salıb, onda inandım və təşəkkürümü minnətdarlıq səviyyəsində bildirdim.
Müşfiq müəllimdəki ali insani keyfiyyətləri saymaq fikrim yoxdur.
Bir dost itkisinin ağrıları yazdırdı bunları mənə. Nədənsə, Kəlbəcərin müsibətlərini qələmə alandan bugünədək Müşfiq müəllim kimi dəyərlilər gördüm. Bunu “Təfəkkür” nəşriyyatında Məleykə xanım anamın ilk kitabını – “Qəriblər ağısın oxuyan durna”, “Adiloğlu”da isə Zaur Qafarzadə mənim 50 illiyimə hazırlanan “Ömrümün köçkün illəri” kitablarını tam təmənnasız çap etmişdilər. “Zərdabi” LTD-də Nəbi Dilsuzun oğlunun, qızının kitabları 50 faizə işıq üzü görmüşdü.
Belə faktları çox çəkərdim, lakin, yeri gəlmişkən, onu da deyim ki, mənim ilk (şəhidlərimiz haqqındadır) - “Dağların sinə dağı” kitabım “doğmalarım” hesab elədiklərimin iş masasının üstündə 6 aydan da çox qalmış, çap etməmişdilər. Bundan sonra Kəlbəcər haqqında işlədiyim kitablarımın biri ilə maraqlanan olmamışdı...
Bu il isə başqa bir nəşriyyatın rəhbəri hazırladığım (həm də Qarabağla, Xocalı ilə bağlı tarixi araşdırmadır) kitabdan mənə çatacaq qonorarı özü mənimsəmiş, saxtakarlıq edərək, kitabı məndən xəbərsiz buraxmış, redaktor olduğum kitabı mənə göstərməmişdir.
Baxın, belə dələduzlar da var bu sahədə, təəssüf ki...
Təəssüfləndirisi, qəhərverici hal odur ki, Müşfiq müəllim kimi işini, peşəsini, xidmətini şərəflə yerinə yetirənlərimiz az və ömürləri isə qısadan-qısadır.
Yazı-pozumla bağlı sosial medianın fəallarından hesab edirlər məni. Bir gün qarşıma focebookda bir paylaşım çıxdı. Yazının yanında Müşfiq müəllimin qara haşiyəli şəklini görəndə sanki məni əfi ilan çaldı! İnanmadım gözlərimə. Telefonuna nə qədər zəng etdim, cavab gəlmədi. Gəncədə doğmalarımın, qohumlarımın bir-birinin ardınca düşən yas mərasimlərinin birində idim. Mətbəədə tanış olduqdan sönra balam kimi qəlbimə yatan texniki redaktor-dizayner Nicata zəng elədim. Verdiyi cavabdan sarsıldım...
Mən həmin yazını oxuya bilmirdim. Ona görə də yazını olduğu kimi bura əlavə etmək istədim. Qoy Elman müəllim duysun ki, o, qardaş itirib, biz isə dost! Dost itkisi isə çox ağır olurmuş...
Böyük bir itki…
“Ürək bir qaladır, min arzu yatır,
Hər yolun yolçusu dağ aşa bilməz!
İnsan var, ölümlə murada çatır,
İnsan var, ölümə yaraşa bilməz!"
(Aslan Kəmərli)

Vaxtsız gedişlər ən ağır olanıdır – nə vidalaşmağa imkan verir, nə də təsəlli tapmağa. Ani bir xəbər, bir anın içində bütün gerçəkliyi dəyişir. Gənc yaşda qəfil ayrılıq bizi dərin sarsıtdı. Elin, xalqın dəyərli ziyalısı, sevilən insan, doğma qardaşım Müşviq müəllim artıq aramızda deyil…
Sən elə bir yaşda, elə bir anidən getdin ki, nə ağlımız, nə də qəlbimiz buna inanır… Dünən həyat səni bizdən aldı, amma xatirələrin, sənin gülərüzün, mehribanlığın, mərhəmətin qəlbimizdə daim yaşayacaq. Səni tanıyan, səninlə bir yol gedən hər kəs bu itkinin acısını yaşayır.
Sənin yoxluğun bizim üçün böyük bir itki, dərd və qüssədir. Bu boşluğu doldurmaq mümkün deyil, çünki elə insanlar var ki, onların yeri heç nə ilə əvəz olunmaz…
Bəzi insanlar var ki, yaşadığı ömürlə deyil, qoyduğu izlə yadda qalır. Bəzi insanlar da var ki, ölümləri belə onların böyüklüyünə kölgə sala bilmir. Müşviq müəllim elə insanlardan idi – sevərək yaşayan, sevilərək dünyadan köçən…
Dahi şairimiz Səməd Vurğun deyirdi:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər!"

Başsağlığı verən hər kəsin kədərini bölüşür və minnətdarlığımızı bildiririk.
Hüzür mərasimi 15 mart tarixində SOCAR Mərasim Evində (Babək prospekti) iftar vaxtında keçiriləcəkdir.”
***

...Budur, bu etibarsız dünyada daha bir dostumuzun ünvanına bu gün yenidən yolum düşdü. Bu dəfə onun asta yerişini, gülümsər baxışını görmədim. Amma, sanki hər yandan o, məni görürdü. Sakit səslə danışığını dinləyirdim elə bil: “...Etibarsızlıq etməyin. Uşaqları, Nicatı... unutmayın. Hər gəlişinizlə mənim ruhumla danış. Eşidirəm. Baxın, dünya belədir: etibarsız! Etinasız olmayın bir-birinizə!
Qələminizi işlədin. Sənin ayazılarını oxuya bilmirdim. Amma istəmişdim ki, bizim işdən də bir məqalə yazasan. Nə yzacağını bilmirəm. Sən tərif yazmağa öyrəşməmisən, bilirəm.
Bir dəfə özün danışırdın ki, Akif Səməd ondan 45 yaşına bir təbrik istəyəndə deyib: “Ayə, Məhəmməd, təbrik yazmağa öyrəşməmisən, heç olmasa, elegiya yazarsan...”

Məhəmməd Nərimanoğlu,
“Tərəqqi” medallı yazıçı-publisist,
“Yenilik-press” qəzetinin baş redaktoru

Son xəbərlər

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930