
Xəbərlər
10.07.2025, 14:19
BRİLYANT QURBANOVA : Apardığın saf ürəkdi,gətir,get - FOTO
Get.
Mən sevmirəm fırıldağı, yalanı,
Yalanının arxasınca yetir, get.
Bu dünyada çoxdu sənin kimilər,
"Əməlini" tut başına çətir, get.
Günah kimi yazılmısan boynuma,
Bir ilantək nə vaxt girdin qoynuma?
Mən başlasam, dözəmməzsən oynuma,
Nə veribsən, istə verim, götür get.
Sevgi təbli bir aşiqəm Ona mən,
Saxtalıqdan yığılmışam cana mən,
Girməmişəm min sifətə, dona mən,
Gəl uzatma, bu söhbəti bitir, get.
Sevgi oddu bu Atəşin canında,
Bir şeytansan, durma mələk donunda,
Zəhər axır damarında, qanında,
Apardığın saf ürəkdi, gətir, get.
Yalanının arxasınca yetir, get.
Bu dünyada çoxdu sənin kimilər,
"Əməlini" tut başına çətir, get.
Günah kimi yazılmısan boynuma,
Bir ilantək nə vaxt girdin qoynuma?
Mən başlasam, dözəmməzsən oynuma,
Nə veribsən, istə verim, götür get.
Sevgi təbli bir aşiqəm Ona mən,
Saxtalıqdan yığılmışam cana mən,
Girməmişəm min sifətə, dona mən,
Gəl uzatma, bu söhbəti bitir, get.
Sevgi oddu bu Atəşin canında,
Bir şeytansan, durma mələk donunda,
Zəhər axır damarında, qanında,
Apardığın saf ürəkdi, gətir, get.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











