Xəbərlər
9.07.2025, 01:38
“Çelsi” klublararası dünya çempionatının ilk finalçısı olub
İngiltərənin "Çelsi" klubu Braziliyanın "Fluminense" klubuna 2:0 hesabı ilə qalib gələrək FIFA klublararası dünya çempionatının finalında iştirak edən ilk komanda olub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-da keçirilən turnirdə braziliyalı hücumçu Joao Pedro yarımfinalda iki qol vurub. O, 18-ci və 56-cı dəqiqələrdə rəqib qapısına zərbə endirib.
Finalda “Çelsi” İspaniya “Real Madrid”i ilə Fransanın “Paris Sen-Jermen” komandaları arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq. Qarşılaşma iyulun 9-da baş tutacaq.
Klublararası dünya çempionatı ilk dəfədir ki, yeni formatda keçirilir. Turnirdə 32 komanda iştirak edir. Müsabiqənin finalı iyulun 13-nə təyin edilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay