Xəbərlər
8.07.2025, 01:23
Məşhur usta Stradivarinin İkinci Dünya müharibəsi zamanı oğurlanmış skripkası Tokioda tapılıb
Məşhur usta Antonio Stradivarinin İkinci Dünya müharibəsi zamanı oğurlanmış skripkası Tokioda tapılıb.
Bu barədə AZƏRTAC “The New York Times”a istinadla xəbər verir.
“Mendelson” aləti 1709-cu ildə hazırlanmış və saxlanmaq üçün Mendelson-Bonke ailəsinə verilmiş, lakin müharibə zamanı itmiş və ailənin onu tapmaq üçün edilən cəhdləri uğursuz olmuşdur.
Skripkanı mədəniyyət üzrə mütəxəssis Karla Çapro tanıyıb. O, 2018-ci ildə Yaponiyada keçirilən Stradivari alətləri sərgisindən fotoşəkilləri nəzərdən keçirib. Orada skripkanın adı Stelladır və onun 1707-ci ildə hazırlandığı bildirilir.
Ekspert fotoşəkilləri orijinal skripkanın şəkilləri ilə müqayisə edib və ağacın teksturasına əsaslanaraq onun “Mendelson” olduğunu müəyyən edib. Alət 2000-ci ildə Nyu-Yorkdakı hərracda satılıb və 1,5 milyon dollar dəyərində qiymətləndirilib. 2021-ci ilə olan vəziyyətə görə dünyada təxminən 650 Stradivari aləti, o cümlədən 450 skripka qalıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay