Mikayıl Cabbarov: "Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür"

Qlobal enerji bazarındakı qiymət dalğalanmaları nəticəsində Azərbaycanın maliyyə axınlarında və investisiya cəlbediciliyində ciddi artım və ya azalma gözlənilmir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə dünya bazarlarında neftin qiymətinin artıb-azalmasının təsiri ilə bağlı danışarkən deyib.

Nazir qeyd edib ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi inkişaf strategiyalarını enerji qiymətlərinin artımı üzərində qurmayıb: “Azərbaycan regionda sabitlik faktorudur. Ticarət fəaliyyəti bizim üçün çox önəmlidir. Lakin enerji sahəsində biz ticarət edən deyil, hasilat həyata keçirən ölkəyik. Bu baxımdan, biz qiymət sıçrayışlarından deyil, daha proqnozlaşdırıla bilən və dayanıqlı bazar şəraitindən faydalanırıq. Enerji qiymətlərindəki artım Azərbaycanın mövqeyini fundamental olaraq dəyişmir. Makroiqtisadi və makrofiskal vəziyyətimiz çox güclüdür”.

M. Cabbarovun sözlərinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in təxminən 100 %-nə bərabərdir: “Hazırkı şəraitdə dövlətin əsas vəsaitləri işğaldan azad olunmuş ərazilərin bərpasına, məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıdışını təmin etməyə, şəhər və kəndlərin infrastrukturunun qurulmasına yönəldilib. Azərbaycan iqtisadiyyatının daha dayanıqlı və sabit olması istiqamətində qətiyyətliyik”.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artdığı gün - xüsusilə İsrailin İrana zərbə endirdiyi tarixdə - dünya bazarında “qara qızıl”ın əsas növləri olan “Brent” və WTI markalı neftin qiymətləri 13 %-dən çox artıb. "JPMorgan" analitiklərinin fikrincə, əgər Hörmüz boğazı bağlanarsa, neft qiymətləri 70 % artaraq bir barel üçün 100 ABŞ dolları, hətta 150 ABŞ dolları həddinə çata bilər.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Son ticarət məlumatlarına əsasən, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 dollar və ya 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. “Brent” markalı neftin avqust fyuçersləri isə 69,12 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930