45 YAŞIN MÜBARƏK!
50-ni də, 100-nü də biz görək!

Əzizimiz Elşən!
Görən gözümüz, ürək sözümüz, təpərli dizimiz-bizim özümüz – Elşən!
Elə bilirəm ki, hər gün sənə TƏBRİK yazıram! Niyə belə düşünürəm, bilmirəm. Bildiyim odur ki, belə düşünməyə haqım var: Sən hər kəsdən əzizsən - bala, qardaş-bacı oğlu kimi!
Uşaqlığından saçını bəyazladığın bugünədək gözlərimiz qarşısında ildəmi, aydamı, gündəmi, bilmirəm, “bir buğda” boyu böyümüsən, ucalmısan!
Ucalığı Tanrı sənə pay verib, həm boyda-buxunda,
həm də həyat yolunda!
Tanrının sevgisi var ürəyində dosta-doğmaya, hətta, yad bildiklərimizə də. Hər kəsi doğma bilmisən ki, “yadlar” gəlib doğmalaşıb sənə!
Bu da sənin qazancındır!
Hər kəsin bacarmadığı, qazana bilmədiyi SEVGİdir!
Həmişə “Elşən qaqa” olmusan!
Ailənin tək oğlu olsan da, səni yüzlərlə oğulların doğma qardaşı kimi görmüşük!
Bu da sənin xüsusi məharətindir-ürəyinin məhsulu!


Elşən! Sən 4-5 yaşından 45 yaşınadək keçdiyin ömür yolu o qədər daşlı-kəsəkli olub ki, hətta, bəlkə də buna görə Yaradanıız səni yolları hamar edən, çala-çuxurlu, daşlı-kəsəkli, torpaq yolların üstünə yumşaq örtük çəkməklə, hamının yolunu rahat eduib, mənzil başına sağ-salamat çatmasını istəmisən!
Elşən Həşimoğlu! İnanmağım gəlmir ki, sən 45 yaşa çatmısan!
Cavid, Cavad və Dəniz - balaların, onların anası, ömür-gün yoldaşın Nailə xanım buna inansalar da, atan Həşim, anan Aybəniz həkim buna inanmaq istəməzlər.
Axı, onlar onda özlərində “qocalıq” hiss edərlər.
Qocalıq da bir ucalıqdır, əzizim!
Sənə də atan və mənim kimi qocalmaqla ucalmaq arzulayırıq!

Arzuların da ucalsın, balaların kimi qol-qanad açsınlar!
Balalarının,ailənin yanında,ZİRVƏsən!
Bu zirvədə sən əzəmətli görünürsən!
Sən hər birimizin yanında olmağınla da böyüksən!

Həyat sənə yol göstərdi,ucaldın,
Zirvə sənə, sən zirvəyə yaraşıq!
Heç düşünmə,yaşın ötdü,qocaldın,
Könüllərə çox verəssən gur işıq,
Zirvə sənə, sən zirvəyə yaraşıq!

Gənclik ötür, başa daha qar gəlir,
Qış ötübdü, qarşıdan bahar gəlir.
Balalarla ağzınıza bar gəlir,
Fikrim yenə yaman düşdü dolaşıq,
Zirvə sənə, sən zirvəyə yaraşıq!

Cavadın, Cavidin qolun-qanadın!
Dənizin - gözlərin, əziz tut adın!
Nailən ömründə mələktək qadın,
Könlünü oxşasın telli saz,aşıq,
Zirvə sənə,sən zirvəyə yaraşıq!

Əmi-dayı,xala-bibi bir eldi,
Qəlbində sevginsə onlara seldi.
Bu 45 hayandan demə ki,gəldi?!
Ad günlərin yubleyinlə sarmaşıq,
Zirvə sənə, sən zirvəyə yaraşıq!

Məhəmmədə Sənan-Kənan kimisən,
Qəlbində titrəyən kaman simisən!
Nə yaxşı ki,sən,ay Elşən,bizimsən,
Təbriklərin bir-birinə qarışıq,
Zirvə sənə,sən zirvəyə yaraşıq!


Nərimanoğlular ailəsi adından bu təbrikimizi qəbul etsən,sevinərdik biz də.
Məhəmməd əmin...
Bakı, 22 iyun 2025-ci il

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930