
Xəbərlər
19.06.2025, 01:27
PÜSTƏ RƏVAN : NİŞAN ÜZÜYÜ - FOTO
NİŞAN ÜZÜYÜ
Əl verib birləşən sevgililərin,
Namus, qeyrətidir nişan üzüyü.
Nənə-babalar da yadigar saxlar,
Gəlin, bəy adıdır, nişan üzüyü!
Həyat mübarizə, sevgi sınaqdır,
Bəy gəlinlə birgə, qoşa qanaddır.
Barmaqdakı üzük nişandır, addır,
Gəlin, bəy adıdır, nişan üzüyü!
Mütləqdir qızıldan alınsın üzük,
Qızıl təmizlikdir, qızıl ülvülük.
Əbədi sevgidir, qızıl həm düzlük,
Gəlin, boy adıdır, nişan üzüyü!
El-oba yığılar, ona baxmağa,
Taxılar sol əldə adsız barmağa.
Onunla yarını gəlir almağa,
Gəlin, bəy adıdır, nişan üzüyü!
Həm sevgi damarı, həm də düz sinir,
Dördüncü barmaqdan ürəyə gedir.
Eşqin ilk şöləsi ürəkdə bitir,
Gəlin, bəy adıdır, nişan üzüyü!
Varsa da üstündə parlaq ziyası,
Püstə, o sayılmır bəzək əşyası.
Hər zaman saxlayar onu yiyəsi,
Sevgi həyatıdır nişan üzüyü!
Namus, qeyrətidir nişan üzüyü.
Nənə-babalar da yadigar saxlar,
Gəlin, bəy adıdır, nişan üzüyü!
Həyat mübarizə, sevgi sınaqdır,
Bəy gəlinlə birgə, qoşa qanaddır.
Barmaqdakı üzük nişandır, addır,
Gəlin, bəy adıdır, nişan üzüyü!
Mütləqdir qızıldan alınsın üzük,
Qızıl təmizlikdir, qızıl ülvülük.
Əbədi sevgidir, qızıl həm düzlük,
Gəlin, boy adıdır, nişan üzüyü!
El-oba yığılar, ona baxmağa,
Taxılar sol əldə adsız barmağa.
Onunla yarını gəlir almağa,
Gəlin, bəy adıdır, nişan üzüyü!
Həm sevgi damarı, həm də düz sinir,
Dördüncü barmaqdan ürəyə gedir.
Eşqin ilk şöləsi ürəkdə bitir,
Gəlin, bəy adıdır, nişan üzüyü!
Varsa da üstündə parlaq ziyası,
Püstə, o sayılmır bəzək əşyası.
Hər zaman saxlayar onu yiyəsi,
Sevgi həyatıdır nişan üzüyü!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











