Ötən gün keçirilən sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər danışıblar.

“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, onlardan biri Bakı şəhər 156 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ləman Əlizadədir.

O, imtahandan 59 bal toplayıb:

“Suallar normal idi, asan, orta və çətin dərəcəli suallar vardı. Bəzi suallar üzərində düşündüm, hətta bir sualın cavabını sonradan dəyişdim. Düşünürəm ki, həmin dəyişikliyim səhv oldu. Qalan suallara düz cavab verdim”.

Bakının 112 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Zülfiyyə Həsənova isə imtahanda 55 bal toplayıb. Müəllim bildirib ki, imtahana ixtisas üzrə ayrıca hazırlaşmağa ehtiyac duymayıb. Onun sözlərinə görə, suallar gündəlik dərs prosesində istifadə etdiyi vəsaitlər əsasında tərtib olunduğundan imtahan o qədər də çətin olmayıb:

“Əsasən, kurikulum, metodika və pedaqogika üzrə mövzulara diqqət yetirdim. Bu istiqamətlər üzrə mövzuları müəyyən qədər təkrar etməyim faydalı oldu”.

Naxçıvan MR-in 3 müəllimi bu imtahanda 57 bal toplayaraq yüksək nəticə əldə edib.

Onlardan biri - Xəyalə Rzayeva Ordubad rayonu Dəstə kənd tam orta məktəbinin ingilis dili müəllimidir.

Müəllimin fikrincə, imtahan nisbətən çətin olsa da, yaxşı nəticə göstərmək mümkün olub:

“Son vaxtlar kurikulumla bağlı testlər edirdim, amma ixtisas mövzularını bildiyim üçün xüsusi hazırlaşmamışdım. Məncə, 11-ci sinfə dərs deyən bütün müəllimlər sualları asanlıqla yaza bilərlər. Proqramdan kənar heç bir əlavə sual yox idi. Sadə, gündəlik istifadə etdiyimiz kompüterlə işləmək çox rahat idi”.

Babək rayonu Aşağı Buzqov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Turan Hüseynova 57 bal toplayan müəllimlərdən biridir.

Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aysun Cəfərova da 57 bal yığıb.

Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031