Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Elcan Hacıyev Macarıstanda keçirilən dünya çempionatında uğurla çıxış edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristofer Kaljulaidə qalib gələrək bürünc medala yiyələnib.