Xəbərlər
14.06.2025, 21:09
TƏRANƏ MƏFTUN : YOL GÖSTƏRİR ƏYRİ DÜZƏ - FOTO
YOL GÖSTƏRİR ƏYRİ DÜZƏ
Olum, ölümlü dünyada,
Neçə bölümlü dünyada,
Doğulandan bu günəcən,
Şahid oldum nələrə mən.
Nahaq düz, haqqı susdurur,
Qardaş qardaşı pusdurur.
Haqq, ədalət itən yerdə,
Haram halalı qusdurur.
Sapa yalan düzə -düzə,
Ağız, burun büzə -büzə,
Sinəsini verib önə,
Yol göstərir əyri düzə.
Neçə bölümlü dünyada,
Doğulandan bu günəcən,
Şahid oldum nələrə mən.
Nahaq düz, haqqı susdurur,
Qardaş qardaşı pusdurur.
Haqq, ədalət itən yerdə,
Haram halalı qusdurur.
Sapa yalan düzə -düzə,
Ağız, burun büzə -büzə,
Sinəsini verib önə,
Yol göstərir əyri düzə.
14.06.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












