
Xəbərlər
14.06.2025, 01:12
SEVİNC YUNUSLU : Sənə sevgi sözlərim - FOTO
Və mən bir gün gəlməsəm
Təyyarələr uçmasa
Qatarlar işləməsə..
Gözlədiyin çiçəklər bu bahar da açmasa..
Doğru idi sözlərim
Sənə sevgi sözlərim..
Və mən səni sevməsəm
Anan namaz üstədir..
Məni sevən ya ölür
Ya da ağır xəstədir..
İnan mənə və bil ki
Mən səni aldatmadım
Doğru idi sözlərim,
Sənə sevgi sözlərim..
Və mən bir gün dönməsəm
Gedişim xatırlatsa
Durnaların köçünü..
Sığın-sığın təkliyə
Çayının istisini
Belimdən tutduğunu
Qollarının gücünü
Dilimi udduğunu
Nəfəsin sönən anı
İndidən unutmuşam..
Qalıb elə o anda..
Heç xatırlamıram da..
Doğru idi sözlərim,
Sənə sevgi sözlərim..
Təyyarələr uçmasa
Qatarlar işləməsə..
Gözlədiyin çiçəklər bu bahar da açmasa..
Doğru idi sözlərim
Sənə sevgi sözlərim..
Və mən səni sevməsəm
Anan namaz üstədir..
Məni sevən ya ölür
Ya da ağır xəstədir..
İnan mənə və bil ki
Mən səni aldatmadım
Doğru idi sözlərim,
Sənə sevgi sözlərim..
Və mən bir gün dönməsəm
Gedişim xatırlatsa
Durnaların köçünü..
Sığın-sığın təkliyə
Çayının istisini
Belimdən tutduğunu
Qollarının gücünü
Dilimi udduğunu
Nəfəsin sönən anı
İndidən unutmuşam..
Qalıb elə o anda..
Heç xatırlamıram da..
Doğru idi sözlərim,
Sənə sevgi sözlərim..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









