36 il bundan öncə anamı itirmək qorxusu var idi - Solmaz ŞİRVANLI
36 il bundan öncə anamı itirmək qorxusu var idi, başımda,mənfur "Xərçəng" aldı onu əlimizdən,özü də,rəhm etmədən,göz yaşlarımıza məhəl qoymadan,bizi pərən-pərən etdi o gündən! Sanki həyat söndü Onsuz! O gündən may ayı mənim göz yaşım oldu,36 il bir igidin ömrü,mayın 20- si axşam saat 11-40-da anamı fələk aldı əlimdən! Allah bütün analara rəhmət eləsin,vaxtsız ölümü ilə bir ömür boyu məni ağlar qoydu Anam!!....
Allah rəhmət eləsin,ruhun şad olsun, məzarın Nura boyansın! Anam!!!

Bürünüb geyib qara

Bir ana itirmişəm ömrümün gənc yaşında,
Hələ də gözüm qalıb, torpağında, daşında,
Ona şeir yazıram, ömrün payız-qışında,
Düz 36 ildir onu gəzir gözlərim,
Bürünüb geyib qara, özüm həm də sözlərim!

Yenə maydır may gəlib, gül-çicəkli ay gəlib,
Bahar gəlib,yay gəlib,elə nişan-toy gəlib,
Bülbüllər cəh-cəh vurur,gülə hay-haray gəlib,
Yenə könlüm sızlayır,taqətsizdir dizlərim
Bürünüb geyib qara, özüm,həm də sözlərim!

Bircə həftə qalıbdır,ilin tamam olmağa,
Əllərinlə əkdiyin,gülün tamam olmağa,
Sənsizlikdən açdığım,dilim tamam olmağa,
Qanatdın bağrımızı,körpə ikən bizlərin,
Bürünüb geyib qara,özüm həm də sözlərim!.

Heyva çiçək acibdır,alçalar da sulanır,
Bu gün ,sabah tut dəyir,yenə beynim bulanır,
Mənim nə çəkdiyimi,özgələri nə qanır,
Yenə cənnətə dönüb, dağım- çölüm,düzlərim,
Bürünüb geyib qara, özüm,həm də sözlərim!

Hərənin öz evi var, işlə-guclə çalışır,
Nəvələr nazı çəkir,başı işə qarışır,
Solmaz qəmin əlində,dərddə yanır-alışır,
Fələk qoymayır gəzəm,yurddan silir izlərim,
Bürünüb geyib qara, özüm həm də sözlərim!

Solmaz Şirvanlı
13-05-2020

36 il bundan öncə anamı itirmək qorxusu var idi - Solmaz ŞİRVANLI

Son xəbərlər

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi

Ən yüksək sosial yardımı onlar alır - SİYAHI

Bloger "vəziyyət ağırdır" deyib üsyan etdi

"Queen"in üzvü vəfat etdi

Tərəf müqabili oldular

SÖZÜN İKİ ÜZÜ, İNSANIN BİR ÜZÜ - FOTO

PÜSTƏ RƏVAN : GƏLİN APARIN - FOTO

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

977-ni aşırdın, 1000-ə nə qaldı?...

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Daha bir məşhur sima "A.B.İ"də - FOTO

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı - Foto

14 ildən sonra eyni serialda rol alacaqlar

Tətildən şəkil paylaşmayın - Süni intellekt yerinizi ələ verir

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

DİN-də işləmək istəyənlərin nəzərinə

Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31