
Xəbərlər
13.06.2025, 23:44
MÜZƏFFƏR MƏZAHİM : BU DA BİR QİSMƏTDİR…FOTO
BU DA BİR QİSMƏTDİR…
Yerdə yer, göydə göy tapmadım qoyum,
Mənə bəxş etdiyin bu dərdi,Allah.
Təkcə ürəyimə əmanət etdim,
Əzəldən qismətim kədərdi,Allah.
Bəd bəxti xoş bəxtə çevirmək üçün,
Yalan yaşayıram ömrümü hər gün,
Dünyanın qəmləri tək mənə düşgün?-
Bu da bir taledi,qədərdi,Allah.
Cavan bacı, qardaş verdim torpağa,
Axı, necə dözdü ürək bu dağa?
Qara taleyimi bükdülər ağa,
Ağı qarasından betərdi,Allah.
Mən cəza çəkməyə qaldım dünyada,
Payıma nə düşdü aldım dünyada,
Axı, qönçə idim, kaldım dünyada,
Bəs ömür bağımdan nə dərdi Allah?!
Hər axan ulduza dilək bağladım,
Gülmədi üzümə arzum, ağladım,
Dərdimi nə qədər gizlin saxladım,
Qismətə küsənmək hədərdi, Allah.
Mənə bəxş etdiyin bu dərdi,Allah.
Təkcə ürəyimə əmanət etdim,
Əzəldən qismətim kədərdi,Allah.
Bəd bəxti xoş bəxtə çevirmək üçün,
Yalan yaşayıram ömrümü hər gün,
Dünyanın qəmləri tək mənə düşgün?-
Bu da bir taledi,qədərdi,Allah.
Cavan bacı, qardaş verdim torpağa,
Axı, necə dözdü ürək bu dağa?
Qara taleyimi bükdülər ağa,
Ağı qarasından betərdi,Allah.
Mən cəza çəkməyə qaldım dünyada,
Payıma nə düşdü aldım dünyada,
Axı, qönçə idim, kaldım dünyada,
Bəs ömür bağımdan nə dərdi Allah?!
Hər axan ulduza dilək bağladım,
Gülmədi üzümə arzum, ağladım,
Dərdimi nə qədər gizlin saxladım,
Qismətə küsənmək hədərdi, Allah.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









