Medinskinin uğursuz müqayisəsi – niyə Ukraynanın işğal olunan əraziləri Qarabağ ola bilməz? – ŞƏRH


Rusiya prezidentinin köməkçisi, bu ölkənin Ukrayna ilə danışıqlarına rəhbərlik edən Vladimir Medinski yumşaq desək, təəccüb doğuran bəyanatla çıxış edib. O deyib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlanmadan sadəcə atəşkəs əldə olunsa və cəbhəboyu münaqişə dayandırılsa, bura Ermənistanla Azərbaycan arasında “Qarabağ kimi mübahisəli əraziyə çevriləcək”.

Maraqlıdır ki, Medinskinin təmsil etdiyi Rusiya dövləti Qarabağın 30 illik erməni işğalı zamanı belə, bu torpaqları mübahisəli ərazi adlandırmayıb. Rusiya işğalçı Ermənistana hərbi-siyasi yardımlarını əsirgəmədiyi dövrlərdə belə, bu ölkənin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Lakin 44 günlük Vətən müharibəsindən 5 il, antiterror əməliyyatından isə 2 ilə yaxın dövr ötdükdən sonra Rusiya prezidentinin köməkçisi ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın Qarabağ regionunu nədənsə “mübahisəli ərazi” adlandırır. Özü də bunu işğal etdikləri Ukrayna əraziləri ilə müqayisə etməklə.

Bu müqayisəni Ukrayna rəsmiləri etsəydi, başadüşülən olardı. Əvvəla ona görə ki, onlar da Azərbaycan kimi işğala məruz qalan tərəfdir. İkincisi isə onlar heç vaxt nə Qarabağı, nə də özlərinin işğal altında olan ərazilərini mübahisəli adlandırmazdı.

O ki qaldı Rusiya prezidentinin köməkçisinin dediklərinə, təbii ki, Azərbaycan XİN-in Medinskiyə cavabı özünü çox gözlətmədi.

“Təəssüf ki, Rusiya Prezidentinin köməkçisi Rusiya Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib.

Bundan başqa, Azərbaycan XİN Medinskiyə tövsiyə edib ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməsin.

Lakin iş də elə bundadır ki, öz səlahiyyətlərinə aid olmayan məsələlərə münasibət bildirmək Medinskinin köhnə adətidir. Rusiyanın keçmiş mədəniyyət naziri, hazırda prezidentin köməkçisi olan Medinski həmçinin “velikorus” şovinist təbliğatının atalarından biri sayılır. Bunu hazırda Rusiyanın Ukraynaya qarşı apardığı sistemli təhrif təbliğatında görmək olar. Ukraynanın dövlətçilik tarixinin olmaması, Lenin tərəfindən süni olaraq yaradılması tezisləri məhz həmin təbliğat maşınının istehsalıdır.

Hamının gözəl bildiyi tarixi təhrif etmək Medinski və onun həmkarlarının iş prinsipidir. Məsələn, İkinci Dünya müharibəsinin nəticələrini Romanovlar dövründə olan Rusiya İmperiyasının sərhədlərinin ədalətli bərpası kimi təqdim etmək yalnız belə insanlara məxsus cəhətdir. SSRİ-də yaşayan xalqların, ABŞ, Böyük Britaniya kimi müttəfiqlərlə birlikdə faşist Almaniyası üzərində ümumi qələbənin nəticələrini belə təqdim etmək təbliğat maşınının yalan yaymaqda sərhədləri tanımadığını göstərir. Bundan başqa, 1939-cu ildə SSRİ-nin Finlandiyaya qarşı işğalçı müharibəsini ədalətin bərpa olunması, Molotov-Ribentrop paktı əsasında SSRİ qoşunlarının Polşanın ərazisinin bir hissəsini işğal etməsini azadlıq kimi təqdim etməsi və sair bu tipli kobud təhriflər Medinskinin tarixi faktlarla necə manipulyasiya etdiyinin göstəricisidir.

Rusiya rəsmilərinin və mətbuatının bu məsələ ilə bağlı Azərbaycanın cavabına reaksiyası isə özünəməxsus olub. Belə ki, Rusiyanın Lenta.ru media resursu Azərbaycan XİN-in bəyanatını işıqlandıraraq, bu ərazilərin Qarabağ regionu ilə müqayisəsinin düzgün olmadığını yazıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Medinskinin sözlərinin konteksdən çıxarıldığını bildirib və guya onun bunu başqa mənada dediyini qeyd edib.

Mariya Zaxarovanın reaksiyasından belə anlamaq olar ki, Medinskinin sözləri onlar üçün əlavə başağrısı olub. Əgər həqiqətən də bunu başağrı kimi qəbul edirlərsə, ümid etmək olar ki, bu kimi uğursuz müqayisələr bir daha təkrarlanmayacaq.(Report)

Son xəbərlər

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib

MƏMMƏD QƏDİR : Bir can saxlamışam sənə əmanət - FOTO

Konsertə yeni sevgilisi ilə qatıldı - Foto

BİR KƏND,YEDDİ ŞAİR”ƏDƏBI MÖCÜZƏSININ BEŞİNCİ SƏSİ–FÜRQANİ FENOMENİ... - FOTOLAR

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB

Xanımı ilə Zəfər parkını ziyarət etdi - Fotolar

Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

“Bakı Gəmiqayırma Zavodu” və “KTZ Express Shipping” arasında müqavilə imzalandı - Fotolar

Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir

Lənkəranın 2 kəndində qaz olmayacaq

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031