Xəbərlər
7.06.2025, 00:52
Bu gün xalqımız İslam dünyasının müqəddəs bayramlarından sayılan Qurban bayramını qeyd edir - FOTO
AKİF HACIYEV,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dosenti
Bu bayram özündə xeyirxahlıq, insanpərvərlik, halallıq, alicənablıq kimi gözəl xüsusiyyətləri birləşdirir. Müsəlmanlar bu bayramda Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurbanlar kəsirlər.
Hazırda ölkəmizin bütün rayonlarında olduğu kimi, Qəbələ rayonunda da bayram namazı qılınır, dualar oxunur, qurbanlar kəsilir, kasıb, imkansız, şəhid ailələrinə qurban əti paylanılır...
Havanın yağmurlu, bir az da soyuq keçməsinə baxmayaraq, rayonun Vəndam, Bum, Nic kimi qəsəbələrində, bu yerin, bu yurdun qədim və əzəli xalqlarından sayılan ləzgi qardaşlarımızın kompakt halında yaşadıqları Qəmərvan, Laza, Durca, Soltan-Nuxa, Əmirvan və Dızaxlı kəndlərindəki məscidlərdə dualar oxunur, dini ayinləri icra edənlər camaat arasında islami dəyərləri təbliğ edir, qurbanlar kəsilir.
Rayonun Zarağan, Mıxlıqovaq, Hacallı, Böyük Pirəlli, Çuxur Qəbələ, Nohurqışlaq kimi kəndlərində də əhali Qurban bayramını böyük coşqu ilə qeyd edirlər.
Ulu Yaradanımız qoy oxunan duaları, kəsilən qurbanları qəbul eləsin, ölkəmizdə əmin-amanlıq olsun!

Qurban bayramı hicri təqvimi ilə hər il Zilhiccə ayının 10-cu günündən başlayır, 3 gün davam edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay