Xəbərlər
4.06.2025, 01:52
Qrossi Kiyevə səfər edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və energetika naziri Qerman Qaluşenko ilə görüşmək üçün Kiyevə gedib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Agentlik rəhbəri qeyd edib ki, bu, onun Ukraynaya 12-ci səfəridir. O əlavə edib ki, Qaluşenko ilə respublikanın enerji infrastrukturunun bərpasını müzakirə edib.
Xüsusilə, Xmelnitski AES-də yeni enerji blokları və Çernobıl AES-də təmir işləri müzakirə edilib. Bundan əlavə, Qrossinin bildirdiyinə görə, xarici işlər naziri ilə görüşdə Ukraynanın nüvə təhlükəsizliyinə dəstək, o cümlədən MAQATE mütəxəssislərinin Zaporojye AES-də daimi iştirakı müzakirə edilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay