Mayın 30-da Naxçıvan şəhərindəki Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində “Göycə Festivalı” işinə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025”in iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdləri maraqlı kompozisiya ilə festival iştirakçılarını qarşılayıblar. Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının fidanları qonaqlara göycə təqdim ediblər. Meydanda quraşdırılmış monitorda Ümummilli Lider Heydər Əliyevin Naxçıvan göycəsi ilə bağlı jurnalistlərlə səmimi söhbəti izlənilib. Sonra səlahiyyətli nümayəndə və qonaqlar Naxçıvanqala ərazisindəki rəngarəng stendlərlə tanış olublar. Muxtar respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən sahibkarlar və məhsul istehsalçıları tərəfindən təşkil olunan stendlərdə muxtar respublikanın hər bölgəsinə xas göycə növləri, onlardan hazırlanan müxtəlif məhsullar təqdim olunub. Həmçinin, diyarın tarixi-mədəni irsi və turizm potensialı nümayiş etdirilib.

Festival iştirakçıları təsərrüfat və incəsənət adamları ilə söhbət ediblər.

Festival işini sabah da davam etdirəcək.

18:02

Muxtar respublikadakı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə" festivalı keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində muxtar respublikanın şəhər və rayonları üzrə stendlərdə bölgələrin dadlı və təbii göycələri, onlardan hazırlanan məhsullar, tarixi-mədəni irs və turizm potensialı təqdim olunur. Festivalı ziyarət edənlər arasında Naxçıvanda keçirilən “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025”-in iştirakçıları da var.

“Göycə" festivalı sabah da davam edəcək.









Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031