DOSTUN EŞQİNƏ

Hansı can, dustaq düşər dünyadə dostun eşqinə
Göz yumar, sir saxlayar çox sadə dostun eşqinə

Varlığın eylər fəda, öz dostunun bir muyinə
Hər zaman canbazlığa amadə dostun eşqinə

Dostunun şiriliyin, verməz bütün aləmlərə
Baş verib, dərs öyrədər Fəhadə dostun eşqinə

Dostunun bir dəm vüsalın cənnəti əla bilər
Cənnəti dost yurdudur, üqbadə dostun eşqinə

Gün cəmalın vəsf edər, ayinə bəndin əlləri
Bir qızıl alma dilər, azadə dostun eşqinə

İstəməz zamin dura bir kimsə dostdan qeyrisi
Qərqi tufan olsada dəryadə dostun eşqinə

Dostunun yahusinin eşqində can ahusi var
Can bağışlar yar deyən səyyadə dostun eşqinə

Ayrılıq çox bir cətin zad, çəkməyən bilməz yəqin
Bir vəfa, min bir cəfa, dildadə dostun eşqinə

Dostunun küyin gəzən, sultanlığa əzm eyləməz
Çevrilər şahlıq verən ustadə dostun eşqinə

Mən hara, ol dost hara, mur tək Süleyman dərgəhi
Seyr edib könlüm gələr fəryadə dostun eşqinə

Eşqi təbliğ eyləməz, aşıq özün eylər fəda
Dostların möhkəm tutar, mövla də dostun eşqinə

Eylə bir dostun cəmalın görməyin müştaqiyəm
Qılsa dostluqdan kərəm, röyadə dostun eşqinə

Mən yazıq Elman kiməm, yar saldı eşqin bəhrinə
Çün məhəbbət vergidir, bir badə dostun eşqinə

Gül Anam vermiş təbərrik, haq camından bir içim
Mey verən saqi yetər imdadə dostun eşqinə


EŞQÜ İMAN

Xilqətin nəzmində ki tək beyti imandır Əli
Bayi bismillah ləbindən səsli Qurandır Əli

Eşqsiz iman gərəkməz, eşqü iman birliyi
Cami vəhdətdən gələn, düz əhdü peymandır Əli

K'əbədir eşqin adından, qiblədir aşiqlərə
Can desəm azdır yəqin, canlarda canandır Əli

Oldu dəryalər üzündə rəhnima Cəbrailə
Bildi aləm, xilqətin dərsində ümmandır Əli

La fəta illa Əli haqqın dilindən söylənib
Aşıkara mədh olunmuş haq deyən candır Əli

Hər kimin qəlbində vardır zərrəcə hübbi Əli
Anlayıbdır innəma təxtində sultandır Əli

"Ya" deyən canlarda iman "Hu" dəmindən bəslənir
La meyin illa edən məktəbdə irfandır Əli

Kim Əli eşqində öz könlün Gülüstan saxlayır
Hər zaman sönməz günəş tək orda tabandır Əli

Hər kimin könlümdə Mövla kəlməsi cövlan edir
Haq məhəbbət badəsindən dildə mehmandır Əli

K'əbəsiz qiblə tanınmaz, qibləsiz heç bir namaz
K'əbədir can qibləsi, haqdan nümayandır Əli

Şiri haq, meyraci rəbbülaləmin, həqqülyəqin
Ürvətülvusqa, yədüllah, şahi mərdandır Əli

Mürtəza eşqi əzanda səslənir xəyrüləməl
Məsnədindən bəllidir, haq şanlı fərmandır Əli

Haq deyib mövla deyənlər qəlbinin müştaqiyəm
Elmanam dərdim məhəbbət, təkcə dərmandır Əli


YƏQİN


Ey canı cananım mənim, dərdimdə dərmansan yəqin
Canlarda canan varlığı, can adlı fərmansan yəqin

Kimdir adından məst olub meyxanələrdən çıxmasın
Mey dadlı saqisən özün, eşq içrə imansan yəqin

Bir damla eşqindən sənin hər kim dadıb, əql istəməz
Divanələr m'əşuqisən, həq canlı imansan yəqin

Musayə tur, İsayə nur, İbrahimin can k'əbəsi
Sən Əhmədin can vəhdəti, hökmü Süleymansan yəqin

Mövla adından kayinat zərdən vilayət məstidir
Tutmuş qərarı beylədir, bir doğru peymansan yəqin

Hər dində gəlmişdir adın, tövratü incildən sənəd
Hər anda həqqin mazhəri, həq donda mehmansan yəqin

Mövla deyənlər bəzminin hər dəmdə sənsən istəyi
Rəhmət sənin hökmündədir, həq nuri rəhmansan yəqin

Elman, məhəbbət badəsi həqdən gələn bir töhfədir
Mövlayə olsan mübtəla, doğru müsəlmansan yəqin


"PAYIMIZ"


Sevqi yüz ondur, qurulan bəzmidə bir-dən payımız
"La" sözü peymanə olan, ləhzədə pirdən payömız

Damcı Vilayət meyidir, cami ələstən süzülən
Beylə şərabın xum -u dur , şanlı Ğədirdən payımız

Aləmi zər illətidir, sağ yolu, soldan ayiran
Qüdrəti qədrin qədəri, oldu qədirdən payımız

Dində ki əkməltə ləkom, aldı Ğədirdən sənədin
K'əbə vilayət evidir, qiblə məsirdən payımız

Bax ki nəb'ə surəsinin, "əm" sözü əbcəddə yüz on
Hansı xəbərdir ki yetib, sayda kəbirdən payımız

Şanlı Məhəmməd sözünün, c'əmi Ğədir bayramının
Öz günü birləşsə yüz on, şah-u- vəzirdən payımız

Qafda kı əshabi yəmin, bollu səâdət daşıyır
Çün kü yəmindir o yüz on, haqdı nəzirdən payımız

K'əbə, rəcəbdən on üçün, ad günü etmiş özünə
Gör necə birlikdi, yüz on, yazdı kəvirdən payımız

Həqq özü mövla sözünün, varlığının m'ənisidir
Yer ğöyə ən'əmtə olan, təkcə Əmirden payımız

Adlı fətanın dəyəri, odlu qılıncın kəsəri
Ədlə dayaq, zülmə qənim, vardı dəmirdən payımız

Sevgi gözəllik günəşi, zâti ışıqdır əzəli
Həzrət-i-mövla belədir, doğru zəmirdən payımız

Sevgi, su, iman, unumuz, zərfi könül, od, canımız
Hübbi Əlidir bu çörək, olsa xəmirdən payımız

Hükm-i- vilayət, nəfəsin, canda kı mövla izidir
Sur çalınan yerdə Ğədir, oldu nəfirdən payımız

Kövsərə sâqi tanınan, şahi viləyət özüdür
Olsa ləyaqət yetişər, xeyri kəsirdən payımız

Sevgi axındır, ürəyin vergiyə olsa çıxarı
Elmana on dürd gecəlik, nurlu bədirdən payımız


"HAQQIN SİRRİ"


Küllı əmrin izni olmuş, sən əmirdən ya Əli
Din bütündür sən kimin xərülkəsirdən ya Əli

Gəldi göylərdən o gün mövla deyən kamilləşir
Göl, dəniz tək axdı daşqın ol "Ğədir"dən ya Əli

Sən "Vilayət" varliğinda yol verirsən varliğa
Doğru yolsan izləyən çıxmaz məsirdən ya Əli

" Sabitolqovl" adlanan, sən "Bab-i- hittə" açmısan
Âləmin var nüsrəti sən tak "Nəsir"dən ya Əli

Kimsə "Rədülşəms" edən, "Zülqəlb"idir səndən suvay
Hər könüldə bir çırağ yanmış "Bəsir"dən ya Əli

Göydə "Şəmsatilə" m'əruf, yerdə həq "Cəmhail"i
Yerlə göy minnətdədir, sən tək "Əcir"dən ya əli

Rumlu Betrusa deyir, Turat-i- İncil "İliya"
Türkə qismətdir payin alsın "Bəsir"den ya Əli

Haq kəlamın,haq deyənlər yaydı âləm icrə çün
Haq sözün almış ərənlər həq "Səfir"dən ya Əli

On birin on birdə, on bir sirrı var yüz irmi bir
Əbcəd almış öz hesabın ol kəbirdən ya Əli

Həq-i-batil çıxdı səndən, çün qaranliq kölgədən
Yol işiqdir təkcə "Bürhan olmünir"dən ya Əli

Tur Sinin sən, təcəlladən yazılmış bir kitab
Min qələm "la rəybə" yazmış lövhə birdən ya Əli

Ağladıb məzlümların könlündə ki ahlar səni
Ağrıdan heç bilmədin, bəs canda tirdən ya Əli

"Lafəta illa Əli" sən, kimsə olmaz tay sənə
Kəsmədin öz rəhmətin, m'əlun əsirdən ya Əli

Kim ayaq toprağıva, sınmış ürəklə üz qoyur
Haq yanında varlıdır şahdan vəzirdən ya Əli

Haq kəlamında deyilmış sirlərin əsrarısan
Həqqə həqdan həq yazılmış doğru sirdən ya Əli

Əldə "Səmsam",atlı "Qəmqam", əhli həq səndən tapıb
Dağ kürək, cuşğun ürək ,sən tək "Zəhir"den ya Əli

Saqisən yar həlqəsində, "la" camında "Hu" meyin
Elman almış öz payın,bir şanlı pirdən ya Əli


MƏCNUN KÖNLÜMƏ


Gəlmişəm dünyayə ta eşqində məcnun könlümə
Sən kimin leyla tapam eşqindi məzmun könlümə

Yeddi dövlət mən dəli divanəni azad qoyub
Hökmünə fərman verilməz yoxdu qanun könlümə

Ya Əli bəzmində sənsiz damcı mey yetməz mənə
Zaye zillindən gələn mim mey verib nun könlümə

Aşiqəm eşqin qərarın sən verən gündən varam
Yer göyün hökmündə varlıq qaldı məmnun könlümə

Məst edən saqı,əzəl meyxanənın mə'murisən
Verməsən ta məst olam qəmdir şəbixun könlümə

Bir nəzər qılsan olar,çün kayınat ovcumda mum
Mat qalar aləm bütün eşqimdə məftun könlümə

Hu Əli mövla mədəd eşqin yaşıllıq rəmzidir
Yar sevən yahu üçün dərmandı yorqun könlümə

Sir bilən sərdən keçər,sirrin numayan eyləməz
Gər dilim diş durmasa olmuş nə mədyun könlümə

Mürşüdün həq nəğməsindən doldu ilham badesi
Gör nə toxdaqliq verir əhvalı pozğun könlümə

Elmanam mövlam yəqin, eylər kərəm mən sayilə
Min barat həqdən verər sevdalı məhzun könlümə

Son xəbərlər

WUF13 günlərində “yaşıl zolaq”lara daxil olmaq qayda pozuntusu hesab olunacaq

WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb

"EFES - 2026": Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər

Xəzər dənizində zəlzələ olub

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

İlin ən gözlənilən gecəsindən - Fotolar

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda

ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir

Volkan Dəmirəl “Gənclərbirliyi” komandasının baş məşqçi postundan ayrılıb

Zelenski təktərəfli atəşkəs elan etdi

Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

Starmer Avropanı Trampın təzyiqlərinə vahid cavab verməyə çağırıb

✍ Sevil Azadqızı : BİR ƏLVİDA BƏS ETDİ? - FOTO

Paşinyanı və Zelenskini "beyinsiz" adlandırdı

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

Haray çəksəm qayalarda səslənər adım - FOTO

Bu aktyorlar "Teşkilat"dan gedir - FOTO

Dünyasını dəyişən rejissor tanınmış aktrisanın əri imiş

Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir+Foto

“Əməliyyatı yaxşı keçib, qayıdacağına ümid edirik”

Meksikada 5,8 bal gücündə zəlzələ olub

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031