"Bu gün IV və VI siniflər üçün keçirilən monitorinq imtahanları bir qiymətləndirmə vasitəsi deyil, tədrisin keyfiyyətinə dair diaqnostik məlumat toplayan alətdir".

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu imtahanların məqsədi şagirdləri qiymətləndirmək deyil, istifadə olunan dərsliklərin effektivliyini, tədris metodlarının səmərəliliyini və ümumilikdə təhsil sisteminin mövcud vəziyyətini analiz etməkdir:

"Nəticələr yalnız təhlil və statistik məqsədlər üçün istifadə olunur. "Təhsil haqqında" qanunun 14.2-ci maddəsinə əsasən, təhsilalanların bilikləri, bacarıqları və vərdişləri summativ və formativ qiymətləndirmə ilə müəyyən edilir. Monitorinq imtahanları isə bu qiymətləndirmə mexanizmlərinə daxil deyil, məktəbdaxili yarımillik və illik qiymətlərin formalaşmasına heç bir təsir göstərmir. Valideynlər və şagirdlər bu imtahan nəticələrinə görə narahatlıq keçirməməlidir, çünki nəticələr fərdi deyil, ümumi təhlil xarakteri daşıyır. Məsələn, monitorinq nəticələri əsasında hansı mövzuların şagirdlər tərəfindən daha az mənimsənildiyi, dərsliklərdə hansı məzmun boşluqlarının olduğu və müəllimlərin tədris prosesində nə kimi çətinliklərlə qarşılaşdıqları müəyyən edilir. Bu isə təhsil siyasətçilərinə və məktəb rəhbərliklərinə təkmilləşdirmə tədbirləri görmək üçün imkan yaradır.

Dünyanın bir çox ölkəsində də bu tipli imtahanlar (məsələn, İngiltərədəki “SATs”, Sinqapurda aparılan “Checkpoint tests”, Estoniyada “Digiproov”) şagirdləri cəzalandırmaq üçün deyil, sistemin nəbzini tutmaq üçün keçirilir. Yəni, monitorinq imtahanları nə attestata düşəcək, nə də şagirdin gələcək təhsil imkanlarına təsir edəcək. Əksinə bu imtahanlar gələcəkdə daha keyfiyyətli dərsliklərin hazırlanması, təlimin daha məqsədyönlü aparılması və ümumi təhsil strategiyasının təkmilləşdirilməsi üçün əvəzsiz məlumat mənbəyidir. Ona görə də panikaya, təzyiqə, stressə ehtiyac yoxdur. Bilik yoxlanışı deyil, sistem yoxlamasıdır".

Son xəbərlər

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031