Xəbərlər
8.05.2025, 22:14
Ölkədə fövqəladə rejim tətbiqinə hazırlaşır
Almaniya kansleri Fridrix Merts pisləşən miqrasiya böhranı ilə əlaqədar milli fövqəladə rejim tətbiq etməyi planlaşdırır.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bu barədə “Die Welt” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Əsas tədbirlərə Avropa İttifaqının Fəaliyyəti haqqında Müqavilənin qaçqınlara sığınacaq verilməsindən imtina etməyə imkan verən 72-ci maddəsinin aktivləşdirilməsi, sərhəd nəzarətinin gücləndirilməsi və deportasiya prosedurlarının sürətləndirilməsi daxildir.
Bundestaq seçkiləri öncəsi keçirilən "YouGov" sorğusunun nəticələrinə görə, almanların 31%-nin əsas problemi miqrasiya olub. İkinci yerdə iqtisadiyyat və inflyasiya (26%), üçüncü yerdə sosial təminat (16%) durub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay