Paşinyanın hədəfi: Regionları ələ keçirməklə seçkilərə rahat getmək - ŞƏRH


Ermənistanın daxili siyasətində müxalifətlə iqtidar arasındakı gərginlik getdikcə daha sərt fazaya qədəm qoyur. Gümrü şəhərinin bələdiyyəsinə keçirilən seçkilərdə müxalifətin qələbə əldə etməsi müxalif düşərgəni daha da ruhlandırıb. Bunu son dövrlər aktivləşən bütün siyasi qruplaşma və partiyaların, blokların açıqlamalarından da görmək mümkündür. Hətta “Şərəfim var” bloku baş nazirin impiçmentini təklif edən Edqar Kazaryan və Narek Malyana dəstəyini ifadə edərək, bunu reallaşdırmaq üçün əlindən gələcəyini vəd edib.

Eyni zamanda Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın bu yaxınlarda yenə də açıqlama verərək, Robert Köçəryanı (Ermənistanın ikinci prezidenti) özünə düşmən hesab etməməsi ilə bağlı fikirləri də siyasi arenalarda birmənalı qarşılanmayıb. Ehtimal edilir ki, artıq ekslər arasında gizli görüş və ittifaqlar bağlanır, baş naziri devirmək üçün müxtəlif planlar üzərində iş gedir. Erməni mətbuatda yayılan xəbərlərin analizi də deməyə əsas verir ki, Robert Köçəryan yenidən hakimiyyətə gəlmək, baş nazir olmaq üçün işlərə start verib.

Hakim “Vətəndaş müqaviləsi” partiyası isə tez-tez qapalı iclaslar keçirir, müəyyən planlar üzərində işləyir. Son günlər baş verən hadisələr sübut edir ki, Paşinyan komandası Gümrü məğlubiyyətini həzm edə bilmir və əlindəki rıçaqlardan, xüsusən də həbslər dalğasından istifadə edərək, merin kreslosunu əlindən almaq niyyətindədir. Planlara əsasən, hakim partiya Martun Qriqoryanla yanaşı, mer Vardan Qukasyanın komandasına daxil üzvləri öz tərəfinə çəkmək niyyətindədir. Gəzən söhbətlərə görə, bu yaxınlarda Qukasyanın iki yaxın adamı barədə cinayət işi açılacaq. Əgər bu iki şəxs könüllü formada “Vətəndaş müqaviləsi”nin sıralarına qoşulmasalar, onları həbs gözləyə bilər.

Qeyd edək ki, hakim partiyanın 14 mandatı var. Güc balansını öz xeyrinə dəyişmək üçün isə 17 mandata, yəni əlavə 3 nəfərə də ehtiyacı var. Bu səbəbdən də Gümrüdə gərgin vəziyyət yaranıb. Hətta “Vətən” partiyasının nümayəndəsi Sos Akopyan da jurnalistlərə bildirib ki, hakimiyyət seçkilərdən sonra Gümrüdə yaranmış vəziyyəti, sabitliyi pozmaq yollarını tapıb. 6 nəfərdən ibarət “Bizim şəhər” blokunun üzvü Karen Badalyan 21 aprel tarixində bildirib ki, başqa işə keçdiyi üçün Ağsaqqallar Şurasında təmsil oluna bilməz və buna görə də istefa ərizəsi yazıb. İcma başçısı qanunla müəyyən edilmiş qaydada vakant vəzifənin qeydiyyatı ilə səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib edib. Lakin müddət bitdikdən sonra Ərazi Seçki Komissiyası (MSK) lazımi prosedurları həyata keçirə bilməyib. Bundan başqa, Karen Badalyan merin protokolunun etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edib. İki gün sonra isə yenidən blokdan çıxmaq istədiyini bildirib. Bütün bu hadisələr isə hakim partiyanın təzyiqi nəticəsində ortaya çıxıb.

Məlum olur ki, Paşinyan Gümrü məğlubiyyətini heç kəsə, xüsusən də hakim partiyaya bağışlamır və nə yolla olursa olsun, burada mer kreslosunu ələ keçirməyi planlaşdırır. 2026-cı il seçkilərində Ermənistanın ikinci böyük şəhəri sayılan Gümrünü itirmək, İrəvanı itirməyə bərabərdir. Çünki bir səs üstündə belə, ölüm-dirim mübarizəsinin gedəcəyi indidən aydındır.

Bununla yanaşı, hakim partiya Ermənistanın üçüncü böyük şəhəri Vanadzorda da yayın sonunda növbədənkənar seçkilər keçirməyi planlaşdırır. Bununla baş nazir ümumi seçkilərdən əvvəl Vanadzorda mövqelərini möhkəmləndirməyi əsas məqsəd olaraq güdür. Eyni zamanda baş verənlər sübut edir ki, hakim komanda Gümrü fiaskosunu bir daha yaşamamaq üçün ciddi hazırlıq görür. Bu məqsədlə isə müxtəlif versiyalar nəzərdən keçirilir. Məsələn, hakim partiyanın siyahısına Lori vilayətinin qubernatoru Aram Qazaryanın rəhbərlik edəcəyi nəzərdə tutulub. Qazaryan uzun illər hüquq-mühafizə orqanlarında çalışıb. Geniş çevrəsi və təsir gücü var. Digər plan isə Vanadzor merinin müavini Arkadi Peleşyan ilə bağlıdır.

Qeyd etmək yerinə düşər ki, Paşinyanın qanuna xüsusi dəyişiklik edərək, Akanı mer müavini təyin edib. Üçüncü plana əsasən, Movses Şahverdyan HASK partiyası tərəfindən namizəd olacaq və seçkidən sonra hakim partiya ilə koalisiya quracaq. Movses kriminal aləmlə əlaqəli şəxsdir. Vanadzorda müxalifətin namizədlərinə gəldikdə isə keçmiş mer Samvel Darbinyanın oğlu hakim postunu tutduğu üçün onun namizəd olma ehtimalı çox zəif olduğu qeyd edilməlidir. Keçmiş icma sədri Mamikon Aslanyan isə 1 il müddətinə azadlıqdan məhrum edilə bilər. Göründüyü kimi, Vanadzorda müxalifətin güclü namizədi yoxdur və Paşinyan burada mütləq qələbəyə ümid edir.

Müxalifət isə getdikcə daha çox birləşməyə və baş nazirin impiçment məsələsini gündəmdə saxlamağa çalışır. Yazılanlardan məlum olur ki, 2026-cı il seçkilərinə qədər Paşinyanı yola salmaq, sonra isə növbədənkənar seçkilərin keçirilməsi əsas hədəfdir. Bu yolda isə bütün vasitələr sınaqdan keçiriləcək. Hətta hakim partiyadan qovulan deputat Ovik Ağazaryan da etimadsızlıq prosesinə qoşula bilər. Üçüncü prezident Serj Sarkisyan isə Respublika partiyasının küçə mübarizəsi də daxil olmaqla proqramının olduğunu açıqlayıb. “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan parlamentdə açıq-aşkar bəyan edib ki, əgər “Ermənistan” bloku Robert Köçəryanın namizədliyini irəli sürsə, onlara qoşulacaq. Bu isə onu deməyə əsas verir ki, Köçəryan tərəfdarları bir-bir müxalifəti öz tərəfinə çəkir. Ehtimal etmək olar ki, impiçment prosesi baş tutmasa, seçkilərə müxalifətin böyük bir hissəsi vahid namizəd, yəni Robertə qoşulacaq.

Son günlər Ermənistanda baş verən proseslər onu deməyə əsas verir ki, daxili siyasət çalxalanma və təlatüm dövrünü yaşayır. Hakim partiyanın əsas məqsədi regionları ələ keçirmək və seçkilərə rahat getməkdir. Bunun üçün isə Gümrü fiaskosunu düzəltmək, Vanadzorda qalib gəlməkdir. Sonra isə növbə paytaxt İrəvan olacaq. Elə bəlkə də bu səbəbdən də Paşinyan İrəvan merinə məlum insident və qalmaqaldan sonra belə Nor Nork administrasiyasının rəhbərinə toxunmamağı tapşırıb. Müxalifət isə həm küçə mübarizəsinə, həm də impiçment məsələsinə ümid edir.(Report)

Son xəbərlər

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gündən uşaqların I sinfə qəbulu başlayır

RZA MAHMUDOV - 90

“İranın buna ehtiyacı yoxdur” - Marko Rubio

VAQİF VÜQAR : TƏZADLI DUNYAM - FOTO

Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazanıb

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Yeni layihəsi bəlli oldu

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

“Konyaspor” son dəqiqə qolu ilə finala yüksəldi

LİLPAR CƏMŞİDQIZI : Cənnətin ətrin duyandan bitməyir ünvanə eşq - FOTO

ABŞ İrana məhdudiyyətlərdən yayınmağa kömək edən istənilən quruma sanksiya tətbiq edəcək

Gənc aktrisa Moskvada qəzada həlak oldu

"Kıskanmak"ın aktrisası yeni serialda - FOTO

Kim deyər ki, 32 yaşı var - FOTOLAR

“Navai” Moskvada qəzaya düşdü

Serialdan yenə gedir...

53 yaşında üçüncü dəfə ana oldu - FOTOLAR

Bakıda müğənni əməliyyatdan sonra öldü

Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR

Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi

QIZBƏS QƏBƏLƏ : Yurdun tarixidir İÇƏRİŞƏHƏR - FOTO

BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir

Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli - ŞƏRH

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031